naviqator bakı

Salam mən samsung note 3e Azerbaycanın naviqatorunu necə yukləyə bilərəm telefona? Çox xaiş edirəm kömek edəsiniz. Ozunde maps proqrami var yaxşı islemir funksiyalari azdi proqramin. Mene genis funksiyali lazimdi xais edirəm kömək edesiniz. Tsk


Yadda saxlama
Kateqoriya: Sual . . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

(09:07, 19/10/2014 ) #48534

Piyada üçün google maps bes edir, hətta əladır. Avtomobil üçün isə caspian navtel ala bilərsiz ofislərindən. 19 azndir amma bu pula dəyər artıqlaması ilə. Play store da cityguide de var Azərbaycan xəritəsi ilə birgə Alanda bir az baha 30 azne başa gəlir səhv etmirəmsə.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(14:28, 19/10/2014 ) #48535

CityGuide elə Caspian navtelin təklif elədiyi proqramdır. Mən işlədirəm. Mənfi və müsbət tərəflərini qeyd edim.

Müsbət tərəfləri
1. Tıcacı təyin edir
2. Adını bilmədiyimiz küçələri belə ordan tapmaq olar.

Mənfi tərəfləri
1. Proqram rus proqramıdır update zamanı çoxlu problemlər çıxır. Gah xəritəni görmür, gah Azərbaycan dilində yazılışı dəstəkləmir. Bir Sözlə update eləməmək lazımdır. Getdin əgər qurdurdunsa əl dəymə qalsın. Muasir dövrdə isə proqramların updateləri olmadan olmaz.

2. Support deyilən bir şey yoxdur. Caspian navtel rəsmən adamı dolayıb. Əgər çaşıb update eləmisinizsə mütləq ofislərinə getməlisiniz. Əgər Update eləmək istəsəniz yenə ora getməlisiniz. Emailə baxıb, cavab yazmağı belə düşünmürlər. Telefonla belə yardımcı olmağa çalışmırlar. Bir sözlə hər update üçün yaxınlaşmaq lazımdır. Hansı ki bunu bir bloq açıb izahlı şəkildə qeyd eləmək mümkündür.

3. Proqramın köhnə verisiyaları heç də yaxşı deyildi. Həm interfeys pis gündə idi həm də işləməsi. Son versiya yaxşı olmalıdır. Xəritələri olmasa yəni bu proqramın üzünə baxan olmaz.

4. Update guya pulsuzdu deyirlər amma eşidiyimə görə 3-5 AZN arası əlavə ödəniş alırlar.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (15:16, 19/10/2014 ) #48536

    Bu teze versiyalarda belədir, bu da caspian navtel işçilərinin səriştəsizliyidir əslində. Mən 2 ilə yaxın əvvəl yazdırmısam, caspian navtel yazan cityguide play store cityguideden Java app name baxımdan fərqlənir, ona görə də play store update filan gəlmir, yalnız proqramın daxili xəritə updatei olur, ona görə də tam problemsiz işlədirəm üçün müddətdir. Amma 3 ay öncə qardaşım yazdırdı onda he siz deyən kimidir birdən çaşıb update etse aləm qarışır . Çox böyük mənfidir bu.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (20:25, 19/10/2014 ) #48540

    Sözün düzü mən də Sizin kimi CityGuide işlədirəm, ancaq tam anlaya bilmədim Siz hansı versiyadan danışırdınız. Şəxsən özüm 7.8.352 SP2 işlədirəm, bu artıq 7ci versiyanın tam olaraq işlənilmiş işlək versiyasıdır. 8ci versiya təzəliklə çıxır, problemlər var, razıyam, amma nəzərə almaq lazımdır ki, bu versiya üzərində işlər gedir. Ən azı nə işlər görüldüyünü, şikayətləri, problemləri və s. buradan izləmək mümkündür, yəni söylədiyiniz problemlər və daha artığı elə rus dilli istifadəçilərin (rusların) özünün də qarşısına çıxıb, çıxır və çıxdıqca problemi qeyd edirlər və rəsmiləri mövcud problemlər haqqında xəbərdar edirlər. Problemlərin olduğunu nəzərə alıb, update etməyi manual etmişəm.
    Supporta gəlincə, Sizinlə razıyam, lakin etiraf edim ki, Caspian NavTelin Facebookdakı rəsmi səhifəsi digər kontaktlar ilə müqayisədə daha operativdirlər.
    Update yalnız xəritələri edirəm, Azərbaycan dili dəstəklənir, xəritə yenilənməsində klaviatura ilə bağlı problem olmur, fəqət bir problem var, o da ki, klaviaturada W hərfinin olmamasıdır, məsələ ondadır ki, elə obyektlər var ki, tərkibində W hərfi olur, heç cürə yaza bilmirsən. Bu da ki, elə böyük problem deyil, LangPack.rsr-ə bir balaca əl gəzdirməklə özünüz də bu problemi aradan qaldıra bilərsiniz.
    Update pullu olmasına gəlincə, şəxsən işlətdiyim müddət ərzində 19 AZNdən başqa bir şey ödəməmişəm.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

Cənab cavab verdi - Azərbaycandakı supermarket kassalarında işlədilən proqram (19 saat əvvəl)

E. Hacı cavab verdi - Proqramlaşdırma - fəlsəfə (1 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (3 gün əvvəl)

Cənab cavab verdi - kurs diplomu ilə işləyə bilərəm? (3 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (6 gün əvvəl)

E. Hacı cavab verdi - Proqramlaşdırma - fəlsəfə (6 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (6 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (8 gün əvvəl)

E. Hacı cavab verdi - Proqramlaşdırma - fəlsəfə (8 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (9 gün əvvəl)

Aysu2009 cavab verdi - Azərbaycan əsgər mahnısının sözlərini ingilis dilinə tərcümə etmək (10 gün əvvəl)

Aysu2009 cavab verdi - Atestat almaq üçün ne etmeliyem? (10 gün əvvəl)

Aysu2009 cavab verdi - Azərbaycan əsgər mahnısının sözlərini ingilis dilinə tərcümə etmək (10 gün əvvəl)

Software Developer cavab verdi - Xamaya başqa nə deyirlər? 6 hərflidir (15 gün əvvəl)

Erol34 cavab verdi - Xamaya başqa nə deyirlər? 6 hərflidir (16 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 608 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23295 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024