Anti radar

salam. azərbaycanda ən yaxşı işləyən anti radar hansıdır ? ümumiyyətlə anti radar almağa dəyər?

Verilmiş cavablar və yazılan şərhlər (7 cavab var)

selef (2014-10-26 14:32:56)
internetde axtarış verendə anti radar və ya radar dector eyni şey çıxardır. beli mən soruşmaq istədiyim qabaqda radar olmasını xəbər verən lazımdır (radar dector)

selef (2014-10-26 11:34:01)
internetde axtarış verendə anti radar və ya radar dector eyni şey çıxardır. beli mən soruşmaq istədiyim qabaqda radar olmasını xəbər verən lazımdır (radar dector)

Mehman Elxanoglu (2014-10-25 22:49:35)
Bəlkə Siz radar-detektor görmüsünüz?! Anti-radar və radar-detektor ayrı-ayrı şeylərdir, bildiyim qədəri ilə birinin istismarı və istifadəsi qanunidir, digərinin yox... Radar-detektorun istifadəsi mən biləni qeyri-qanuni deyil, çünki, o ətrafda olan radarı müəyyənləşdirir, radarın işləməsinə hər hansı maneə törətmir, sadəcə yer təyin edir. Ancaq anti-radar müəyyən tezlikli dalğalar göndərərək radarın cismin sürətini ölçməsində problemlər yaradır, bu isə, qeyri-qanunidir. Bəzi ölkələrdə radar-detektorun da istifadəsi qeyri-qanunidir, amma bunun da çarəsini tapıblar: - Radar (Polis) => Radar-Dedektor (Sürücü) - Radar Dedektor (Sürücü) => Radar Dedektorunun Təsbitetmə Cihazı (Polis) - Radar Dedektorunun Təsbitetmə Cihazı (Polis) => Radar Dedektorunun Təsbitetmə Cihazının Dedektoru (Sürücü) Siçan-pişik oyunu kimi bir şey yəni...

selef (2014-10-25 15:26:28)
MƏNDƏ MAŞİNDA NAVİTELDİ ONUNDA XƏRİTƏSİ KÖHNƏDİ TƏZƏ DƏYİŞİLİKLƏR YOXDU

E. Hacı (2014-10-25 13:12:37)
Mənsə heç görməmişəm. Həm də çox maşınlarda görmək demək o demək deyil ki qanunidir və ya yaxşı işləyir. Yenə deyirəm radar haqda onsuz da naviqatorlar da öncədən deyir və ya yol nişanları da olur, nəyə lazımdır antiradar çox maraqlıdır, üstəlik qaydaları pozmayan adam üçün bu əhəmiyyətsiz şeydir.

selef (2014-10-25 13:08:21)
BƏS MƏN ÇOX MAŞINLARDA GÖRMÜŞƏM?

E. Hacı (2014-10-25 11:29:26)
Xeyr dəyməz, çox sərt cəzası var və qanuna ziddir. Ona görə də cəhd etməyə Dəyməz. Radar barədə məlumatı isə naviqator proqramları verir, məsələn cityguide (caspian navtel) öncədən deyir ki 400 metr sonra radar var. Amma bu artıq qanunsuz deyil, çünki zatən yol nişanları da var öncədən deyən. Gizli qurulan Radarı qarşı isə qanunu vasitə yoxdir. Gizli radarın özünün qanuni olub olmadığı da ayrı məsələdir