Youtube və adsense ilə bağlı sualim var.

Salam.Bir sualım olacaq.Mənim youtube saytında olan kanalıma adsense hesabımı bağlamışam və hər ay youtube hesabımdan qazanılan pul avtomatik olaraq adsense hesabıma keçir.Bu yaxınlarda kanalıma şikayət gəldi və bağlanma təhlükəsi ilə üz-üzədir.Sualım odur ki, mənim bu kanalıma bağlı olan adsense hesabımı bu kanaldan ayırıb başqa bir kanalıma bağlasam həmin adsense hesabımın balansında köhnə kanalımdan yığılmış pul orda necə varsa qalacaq yoxsa təzə kanala adsense hesabımı bağladıqdan sonra həmin pullar silinəcək?

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

Bakinec777 (2014-10-26 14:17:15)
Togrul, mən həmin kanalı adsense hesabımdan ayırıb kanalı silmək istəmirəm axı kanal heyifdir sadəcə gözləyirəç şikayətin vaxtı bitsin.Kanalı silsəm ziyana gedər.Mənə maraqlı qalan şeyi yuxarıda sual olaraq vermişəm, kanalı silmək fikrim yoxdur.

Toğrul (2014-10-26 01:48:13)
Finalized yəni qətiləşmiş qazanc. Hər ayın 8-cən qazanılan pul qətiləşir sonra həmin ayın 23-26 arası hesaba göndərilir. Normalda göstəriləndən biraz aşaqı olur. Saxta klik ehtimalları filan çıxılır hesaba göndəriləcək məbləğ göstərilir. Kanala şikayət gəlibsə dərhal həmin kanalı adsense-dəm ayırın və həmin kanalı (gmail hesabı) silin. Əksər adamda pul ödənir şikayətdən sonra. Ayın bu vaxtlarında artıq adsense pulları göndərməlidi hesaba

Bakinec777 (2014-10-25 20:47:59)
Hacı, bu finalized nə mövzudur? Bu haqda məlumatım yoxdur, daha doğrusu bunu dedikdə nəyi nəzərdə tutursan? Mənim hazırda youtube kanalımdan adsense hesabıma ötürülən 100 dollar pul var, gələn ay bu məbləq 200 dollar olacaq, amma həmin adsense hesabımda olan pulu hələ kart vasitəsiylə götürməmişəm.Gözləyirəm çoxalsın birdən götürüm.Mənə də qaranləq qalan budur ki, bu hesabı kanaldan ayırıb yeni kanala bağlasam görəsən həmin balansda olan 100 dollar necə var qalacaq yoxsa itəcək? Bu şeyə görə qalmışam belə.

E. Hacı (2014-10-25 20:01:35)
Salam. Çətin sualdır. Bildiyimə görə finalized olubsa o halda çıxılmır, yox əgər qazanılmış kimi görünür amma finalized(yekun təsdiq edilmiş balans) olmayıbsa o halda o kanal bağlananda həmin dövrə aid ödənməyən və finalized olmayan pul ləğv olur