WP saytda müstəqil səhifə şablonu haqqında

Salam. WP sistemli saytda header, menyü, footer və sidebarlar olmayan müstəqil şablonlu bir səhifəni ən asan şəkildə necə yaratmaq olar? No Sidebars tənzimlənməsi ilə istənilən səhifədə sidebarları asanlıqla deaktiv etmək olur. Amma, istədiyim, həmin səhifədə header, menyü, sidebar və footer hissələrinin hər birini deaktiv etməkdir. Yəni saytın digər səhifələrindən tamamən fərqli bir şablonlu səhifə olacaq və görüntü etibarilə ağ səhifədə sadəcə həmin səhifənin kontenti olacaq. Bunu FTP də əlavə papka yaratmaqla müstəqil bir html səhifə kimi müəyyən qədər etmək mümkündür. Lakin, həmin səhifənin kontentində WP plugini tətbiq edildiyindən bunu WP daxilində etmək lazımdır... Cavabının və yardımınız üşün öncədən təşəkkürlər!

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

Jurnalist (2014-10-30 18:01:38)
Yəni bu işi görən, tövsiyyə olunan plugin falan varmı?...

Jurnalist (2014-10-29 23:31:15)
Öncə, ilginiz üçün təkrar təşəkkürlər, Elvin bəy! Daha sadə və asan olan üsulu yoxdurmu, bunun? Bu kodlaşma məsələsi biraz qəliz görsəndi...

E. Hacı (2014-10-29 00:32:17)
Salam. WP-də template məntiqi var məhz bunun üçün. Tema papkasının içində hər hansı sablon.php yaradırsız, içində ilk sətirdə [code]/* Template name: her_hansi_ad */ ?> [/code] yazırsız. Ardı ilə də necə istəsəz html kodlar, wordpress post, comment kodları və.s.(temanın o biri fayllarından bu hissələri copy-paste etmək olar) Sonra da girib page və ya post yaradırsız add new ilə adi qaydada, sadəcə dərc etmədən öncə sağ tərəfdə qututda Template bölməsindən her_hansi_ad adını seçirsiz, sonra publish edirsiz

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

wordpress plug in yazma

WordPress üzərində qurulan saytı necə backup edə bilərəm?

WordPress – .htaccess

WordPress’de aliş-veriş ayti açmaq istəyirəm

WP saytın bəzən tam görüntülənməməsinin səbəbi nə ola bilər?

WordPress səhifələr