Youtube Partnership Program vs. Monetization vs. Adsense

Youtube saytındakı Partnership Program, Monetization , Adsense bu üçü arasında prinsipcə fərq var yoxsa hamısı eyni yerə çıxarır?

Verilmiş cavablar və yazılan şərhlər (6 cavab var)

ceka95 (2014-10-30 01:19:33)
Togrul bey men teze acmisam kanali ve isdiyiremki videom onde gorsensin hem de videoma uygun movzu axtarilan kimi gorsensin. Bir de men xarici video yuklesem nese prablem ola biler ?

Toğrul (2014-10-28 23:49:26)
Orada allatmalı bir şey yoxdu :) Kanalın ölkəsidi . Mühüm bir şey deyil

Kamil28 (2014-10-28 23:28:18)
Oldu cox saqolun Togrul bey. O formada edərəm. Google kimi nəhəngi belə sadə yolla aldatmaq məni təəccübləndirdi duzu. Ya da sirket goz yumur ))

Toğrul (2014-10-28 22:42:08)
Ölkə Azərbaycan olanda monetization deaktiv olur. Ölkəni başqa qoy. Fərqi yoxdu hansını istəsəz seçə bilərsiniz. Adsense aktiv olan.Heç bir problem yaratmır. Ancaq deyilənə görə hansı ölkədən daha çox baxış almaq istəyirsənsə həmin ölkəni qoymaqda fayda var.

Kamil28 (2014-10-28 22:04:22)
Toğrul bəy bu qədər vaxt ayırıb belə ətrafli cavab yazdığın üçün təşəkkür edirəm. Allah razı olsun. İndi məndə bu barədə başqa sual yaranıb bəzi cavablar almışam fərqli mənbələrdən qane olmamışam -Adsense monetization üçün youtubda ölkəmi azərbaycan saxlamalıyam yoxsa dəyişməliyəm? Hərə bu barədə bir şey deyir fikrim qarışıb tamam.

Toğrul (2014-10-28 20:49:50)
Partnershipde hər hansı network-ə qoşulursan. Baxış sayına görə pul alırsan. 1000 baxışa filan qədər pul. Network-ə görə dəyişir. Hesabıva onların nəsə dashboardından baxırsan. Ödənişi də paypal vasitəsi ilə alırsan. Adsense ilə monetization edəndə isə reklamlara click başına görə qazanırsan. Baxır çıxan reklamın dəyəri nə qədərdi. 1 sent də olan bilər 50 sentdə , 1 dollarda və daha çox. Video mövzusuna görə dəyişir. Bunda isə qazanclara adsense-də baxırsan və ödənişi adsense ilə alırsan. Partnership-in üstün tərəfi odurki adsense kimi poçt vasitəsiynən pinkod alıb təstiqlətmək dərdi yoxdu. bu 1 ay filan vaxt alır. Mənfi tərəfi odurki qazanılan pulu vermir çoxu. Network birdən baqlanır yoxa çıxırlar. Etibarlılarıda olur ancaq onlarda da bir problem çıxır. Adsense-də isə qazanılan pulu mütləq verirlər. Əgər bir qanunsuzluq yoxdursa.