Kvadrakopter icazəsi

Ebaydan xpress maille ustunde kamerasi olan qvadrakopter sifariş etmisdim,gomruye yaxinlasdim mali mənə vermediler sebeb kimi mtnin icaze vermediyini resmi lisenziya almali oldugumu gosterdiler.Sorusanda ki niye dukanlarda satilir gedin ordan alin dediler.Bu halda nə edə bilərəm?Muracietin formasini bilenler var?ya ümumiyyətlə eziyyete deymez?

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

jafarsoy (2014-10-29 14:26:43)
Təşəkkür edirəm.Şansımı sınamaq üçün Nazirliyə müraciət etdim.Hər nə olar olar)

E. Hacı (2014-10-29 12:21:57)
Yeni tip cihazdır deyə qanunla tam normal həllini tapmayıb bunun icazəsi. Gömrükdə də yəqin ki uçuş cihazı kimi hesab edib bu halda haqlı olaraq buraxmırlar. Amma gətirənlər necə gətirir o artıq özləri bilər. Bir tanışın tanışı gətirmişdi, deyilənə görə icazə almışdı o haradansa. Birmənalı demək çətindir ki əziyyətə dəyər ya dəyməz. Əgər sadəcə maraqlı hobbi kimi istəyirsizsə o halda əlbəttə dəyməz. Çünki sabah onu uçuranda da yerli orqanlarla anlaşılmazlıqlar filan ola bilər(Rusiyada tez-tez olur belə şey, müsadirə edib iş açırlar yiyəsi barəsində. Çində lap komik olub bu yaxınlarda, kiminsə kvadrakopterini düşürmək üçün polis vertolyotu filan qalxıb havaya, nə qədər də silahlı əsgər gəlib. Ki birdən kiminsə kəşfiyyat qurğusu olar. İndi onun yiyəsinin vay halına) Yox əgər biznes məqsədi üçün alırsınızsa(fotoqrafiya, peşəkar çəkiliş və.s.) o halda üstünə düşün, gömrüyə zəng edib dəqiq ünvan istəyin onlardan ki, hardan alım icazəni, ora da yaxınlaşıb prosedurlarla maraqlanın. Bu barədə qanun da burada, vaxt olsa oxuyub, bəlkə elə özünüz tapdınız ki hava məkanından istifadə üçün prosedurlar nədir http://cabmin.gov.az/?/az/pressreliz/view/893/