Diskə fayl köçürtmək

Salam məndə umumit həcmi 20gb olan programlar var bunlari 4 gb - lıq disklərlərə köçürəcəm. Sualım odurki bu fayllari diskə necə köçürdüm? Həmişə faylları sürükləyərək diskin içinə atırdım belə köçürürdüm ama bu məncə düzgün deyil. Bunun daha sağlıqlı formasını bilən var?

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

EliSahruxi (2014-11-02 15:52:16)
Salam siz 20 gb olan disk alın Səməd Vurğun bağının yaxınlığında ABV mağaza var oradan ala bilərsiniz bir dəfəlik yazin ona diskin qiyməti 2 azn -dir onuda nero proqramılə yaza bilərsiniz sizə uğurlar

Mehman Elxanoglu (2014-11-01 11:14:05)
Faylları diskin içinə sürükləyib, atmaq hələ onları diskə yazmaq demək deyil. Sürükləyib atmaq hələ hazırlıq mərhələsidir, niyə?! Çünki, adətən DVD ya DVD-R olur, ya da DVD-RW... Əksər hallarda DVD-R olduğunu nəzərə alsaq, birdəfəyə sürükləyib atdığınız faylların da diskə yazıldığını nəzərə alsaq, məntiqə görə diskə ikinci dəfə sürükləyib fayl ata bilməyəcəksiniz, çünki, diskə artıq fayllar yazılıb və nəzərə alsaq ki, DVD-R (CD-R) cəmi bir dəfə nəsə yazmaq olur, hansı ki, sonradan silmək də olmur, onda ikinci dəfə sürüklənib atılan faylı yeni DVD (CD) diskinə yazmaq məcburiyyətində qalacaqsınız. Və yaxud deyək ki, birinci dəfə atdığınız fayllardan birini oradan çıxartmaq (silmək) istədiniz, əgər sürükləyib atmaq yazmaq olsaydı, onda həmin faylı silə də bilməyəcəkdiniz, çünki, DVD-R (CD-R) diskindən nəsə silmək imkansız kimi bir şeydir. Bu "paradoksallığı" aradan qaldırmaq üçün sürüklənib, atılan faylları sistem hələ hazırlıq mərhələsi kimi qəbul edir. Yazılım mərhələsi sonrakı mərhələdir, diskə yazmaq istədiyiniz faylların doğruluğuna tam əmin olduqdan sonra müvafiq əmrlər ("Seansı bitir" və ya oxşar əmr) vasitəsilə diskə faylları yaza bilərsiniz.

_HACKER_ Elvin (2014-11-01 11:06:19)
Məncə Burn Aware Professional yaxşıdır...

Elvan (2014-11-01 09:44:57)
Nero proqramı işinə yarar

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

C diski

C diskinin yaddaşı dolur öz-özünə

D diski özü-özünə dolur

Oyun yüklənir, lakin açmır

diskin parolun sındirmaq

Diskdəki kinonu kompyuterə kopyalamaq