Google fontlarda kiçik ə hərfi görünmür

Google fonts-da olan bütün Azərbaycan hərfilərini dəstəkləyən fontları yoxlayıram ama hamsında bir problem var. Kiçik ə hərfini düzgün göstərmirlər. Böyük Ə hərfini düzgün göstəri kiçik ə-ni yox. Bilən varsa kömək etsin. Əvvəl belə şey olmurdu.

Verilmiş cavablar və yazılan şərhlər (6 cavab var)

DrELM (2017-05-15 09:34:22)
Salam, Sizin problemə illər sonra bu şəkildə həll yolu tapıldı: http://fontlar.info/index.php/webfonts/355-webfont2

E. Hacı (2014-11-07 10:29:38)
Ən yaxşısı burada test etməkdir http://www.google.com/fonts. Hansı görünürsə görünür, görünmürsə dəstəkləmir. Burada artıq quraşdırma, css konflikt ola bilməz də, təmiz test etmək üçün yerdir. . Arimo, Roboto-lar, Sourse Sans Pro və.s. tam dəstəkləyir, digər əksəri bir az pis olsa da göstərir, bəziləri isə ümumiyyətlə dəstəkləmir

Cabbarov Sübhan (2014-11-04 23:57:50)
url verə bilmirəm hazırda. ancaq özünüz azəri şiriftlərini dəstəkləyən fontlara yoxlaya bilərsiz. Boş html sənədində də ə hərfini düzgün göstərmir

E. Hacı (2014-11-04 09:25:43)
Url varsa verərdiz baxardıq. Bəlkə hansısa js bug render prosesini qırır tam getmir.

Cabbarov Sübhan (2014-11-04 00:32:56)
Yoxlamışam alınmır. Ama fontları local serverdən yüklədəndə normal işləyir. google-dən yükləyəndə işləmir

E. Hacı (2014-11-03 13:36:16)
Salam bəlkə sizdə brauzerdədir problem? cache ya nə iləsə bağlı. Əvvəl göstərirmişsə ola bilməz axı birdən birə ə hərfi problemli olsun :)

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

URL-dəki Ə hərfi e-yə çevirmək?

Saytdakı yazılarda Azərbaycan hərfinin yəni (ə) hərfinin görünmesi üçün nə etmək lazımdır?

Ə hərfi yazılmır

WordPressdə ə hərfi yazılışı

Google web fonts API

Saytlarda böyük “Ə” hərfi problemi