Amazon Affiliate proqramı və bank ödənişi

Salam. Bilirəm belə işlərdə öncədən pulu hədəfləmək ən düzgün yol deyil amma gələcək üçün bilmək istəyirəm. Amazon şirkəti affiliate proqramından qazanılmış gəliri bizim ölkəyə bank ödənişi edir ? Mən amazon.com və amazon.co.uk saytlarından bir qədər araşdırdım. Hər iki saytda fərqli məqamlar var idi ( yerli USA və UK bank hesabları olmalıdı kimi ) ona görə sualıma dəqiq cavab tapa bilmədim. Öncədən təşəkkürlər.

Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)

Zahir (2016-03-25 01:29:00)
konkret deyim Payoner bunun üçün Payoner kartın olmalıdır buradan qediyyatdan kecmekle həmin kartı sifariş edirsən kart 1-2 ay içində gəlir http://payoneer.com buradan qeydiyyatdan keçə bilərsən uğurlar

Jurnalist (2014-12-24 23:31:02)
Kamil bəy, maraqlıdır, Amazon Affiliate sistemi ile çalşırsınızmı, problemsizdimi?...

Toğrul (2014-11-03 19:33:47)
Oda onun kimi . Amazon.co.uk-də gərək yalnız İngiltərə üzrə satış edəsən

Kamil28 (2014-11-03 16:57:21)
Cox saqol Togrul. Bu dediyin amazon.com barededir. Amma amazon.co.uk( Ingiltere varianti) saytinda biraz ferqli olmalidir. Bir bilgin var bu barede?

Toğrul (2014-11-03 12:15:11)
Saytda yazıldığı kimi ancaq USA hesablara bank ilə göndərirlər. Başqa ölkələrə çek göndərirlər təkcə. Çek ilə çox uzundur və sərf etmir də. Payoneer ilə USA hesabı açıb (plastik kart sifariş edib) pulu elə qəbul etmək mümkün olur deyirlər. Google-da araşdırın payoneer haqqında. Bu saytda payoneer haqqında açılmış suallar da var. https://payouts.payoneer.com/Partners/Default/FAQ.aspx?pt=4