CPU Fan Error xəbərdalığı göstərir

Salam. Personal komputerin içərisi soyuq halda işə salarkən CPU Fan Error xəbərdalığı göstərir lakin prosesorun ventilyatoruna baxıram dayanmadan fırlanır. 1 dəqiqə sonra restart edəndə xəbərdarlıq mesajı göstərmir. Birbaşa Windows əməliyyatı işə salınır. Hətta komputerin içərisi isti halda da xəbərdarlıq göstərmədən birbaşa Windows əməliyyatı işə düşür. Kim bilir komputerin qarnının ağrısı nədir və necə həll etmək olar?

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

mragayev (2018-02-11 01:31:58)
Eger ki fan islemirse CPU nun hedden artiq cox gizmasina ve komputerin siradan cixmasina sebeb ola biler.

AzadKainat (2014-11-03 20:36:00)
Teşekkürler

Namiq Bəndəli (2014-11-03 15:05:33)
1. Kuler ola bilsin doğru girişə qoşulmayıb. Ana kartda prosessor kuleri üçün qoşulma girişi 4 dişli olur. Ərə 3 dişli girişə qoşulubsa onun yerini dəyişin. 2. BİOS-da factory setting etmək lazımdır. 3. Kuler xarabdır.