TwoDollarClick

Salam. Mənim twodollarclick.com-da 422$ hesabım var. Hesabım 1000$-a çatanda mən həqiqətən Payza vasitəsilə pulu çıxarda bilərəm?

Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)

E. Hacı (2014-11-04 09:29:36)
Sayt ilə tanış deyiləm, amma bu tip saytların hamısı dələduz olur adətən. Pulu çıxarnaq istəyəndə min dənə əmma çıxacaq, ay siz premium deyilsiz, ay hesaba öncə pul yatırmalısız və.s. Təəssüf ki bu həyatda belə müftə qazanc olmur. Siz onlara gəlir gətirməsəz sizə pul verməzlər. Belə saytların göstərdiyi reklamlar isə(guya ki ondan qazanıb sizə də verirlər ha o reklamlar) saxtadır, çünki normal şirkət bu qiymətə tam boşuna belə sayta reklam verməz. Çünki burada reklama klik edənləri klik etmək maraqlandırır, reklamdakı məhsul yox, bu isə təbii ki, Reklam verən şirkətə sərf etmir və onlar reklamı facebook, google adwords kimi normal sistemlərə verirlər.