xperia z1 root

Əgər mən Sony xperia Z1 c6902 telefonunu root etsəm telefonun licensiyası vəya bu kimi şeylər silinəcək? Başqa sözlə əgər root etsəm telefonun sisteminin ariginallığında nələrsə silinəcək ? Çünki telefonu dünən almışam qorxuram root etsəm sonra lazım olduqda servicə aparanda qarantiya ile desinlər niyə root etmisən sistemdə dəyişiklik olub. Xaiş edirəm dəqiq bilən yazsın.

Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)

serxan518 (2014-11-04 13:29:26)
nəğd 439 azndir word telecomda.Hazırda orda kompaniyadır bolkartla z1-i kreditlə götürə bilərsiz faizsiz 6-12 ayliq.Lap qəşəng eşidilir.Hətda səs tonunu tənzimləyədə bilərsən yəni azaldıb çoxaldada bilərsən.Bir sözlə əla teldir.

Ramal1982 (2014-11-04 11:58:58)
Salam.OLar bir soz sorusum?Siz Z1 neceye almisiz?Birde zeng zamani danisanin sesi nece gelir?

E. Hacı (2014-11-03 18:11:59)
5 ildir Android işlədirəm amma rootun ciddi faydasını görməmişəm, root şişirilmiş bir şeydir, ancaq developerlərə ciddi üstünlük verir, ki sistem ilə işləyirlər, Unixi, Linuxu bilirlər. Adi istifadəçi üçün root çox kiçik əhəmiyyətə malik bir şeydir. Yenidən unroot etsəz bəli qayıdacaq, amma hər hansı loglarda bu haqda məlumat qala bilər, Linux sistemidir bu, edilən əməliyyatların logu qalır adətən.

serxan518 (2014-11-03 16:03:05)
root edəndə bir çox imkanlar açılır maraqlı applər işləyir teldə.Birdəki yenidən unroot etsəm tel original vəziyyətinə qayidacaqda ?

E. Hacı (2014-11-03 15:46:19)
Salam. Indi almısız neynirsiz root-u? :) Yox heç nə silinmir əgər düz etsəz. Amma nəyisə səhv etsəz telefonun sistemi korlana bilər, bərpası da bir az əziyyətlidir onun. Bİr də ki zəmanəti varsa root etmək zəmanət verən şirkətə yaxşı bəhanə verir ki, desin ki zəmanəti pozulub, pulszu düzəltmirəm. Çünki root zəmanət qaydalarına daxil şey deyil, özbaşına riskli hərəkətdir.