Noutbukda fayllar açılmır

Salam. Mən Avast antivirusundan istifadə edirəm. Noutbukda hər dəqiqə ekrana çıxan fayllara ziyan verən bir şey xəbərdarlığı məni antivirusu Scan etməyə məcbur etdi. 3 saatlıq scandan sonra 49 ədəd ziyanverici virus tapıldı və mənə onları ya fix etmək, ya repair etmək, ya da delete etmək təklif olundu. Hamısını yoxladım amma alınmadı, noutbuk dondu və avtomatik söndü və restart edilirmiş kimi yenidən yandı. İndi noutbuku işlədə bilmirəm. Dona dona işləyir. İstər internet, istər brauzerlər, istərsə də noutbukun işləməsi. Adi sağ düyməni basıb Refresh edəndə 2 dəq müddətində ekranda heç nə görünmür. Məni ən narahat edən isə Word fayllarını açanda ekrana Word can not open the document. User does not have access privileges sözlərinin yazılması, şəkilləri açanda isə Windows Photo Viewer can't open this picture because you don't have the correct permissions to access the file location sözlərinin yazılması və heç bir şeyin açılmamasıdır. Nə etməliyəm? Kömək edənlərə əvvəlcədən təşəkkür edirəm.

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

lemark (2014-11-06 00:33:20)
bu yalniz desktopda bele olur. yeni shekillerin ve fayllarin bashga papkalarda olanlari normal acilir. yalniz desktopda saxladiglarim acilmir. adice hansinisa silende zaqruzka gedir, faizler zad. komputer qerar vere bilmir silsin ya yox

Xongildon (2014-11-05 10:12:16)
Umumiyyetle viruslari Safe Mode-da temizlemek meslehetdir. Virus adi rejimde aktiv olur. Komputeri restart edib F8 basin. Safe Mode rejimde Dr.Web CureIt ile temizlemeye chalishin. Eger Safe Mode achilmirsa. Dr.Web-in LiveCD-den yuklenib temizleyin.

Cabbarov Sübhan (2014-11-05 00:06:23)
antivirus fayl icazələrinə qadağa qoya bilər. Windows'u Safe Mod'da(Təhlükəsiz Rejim) açın lazımlı fayları açıb yoxlayın əgər açılsa kopyasını bir yerdə saxlayın sonra kompu format edin. Əgər açılmasa yenə normal rejimə kompu açıb faylları başqa kompa köçürüb açmağı yoxlayın.