E-Bookda fayllar itir

Salam, Elektron kitabçada kompyuter vasitəsilə Dropbox-a yüklədiyim faylları tapa bilmirəm. Göstərir ki, fayllar kitabçaya yükləndi ama yüklənən faylları tapmaq olmur. Hətda download olan yerdə xüsusi qovluqda açmışam ki, yüklənən fayllar ora düşsün ama yenədə tapmaq mümkün deyil. Kiminsə bu barədə başqa bir fikri varsa xahiş edirəm məsləhət verərdi. (Əvvəl bu barədə problem yox idi bu problem sonradan öz-özünə yarandı)

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

Breathtaking (2014-11-11 09:37:16)
Elvin bəy sualda ətraflı hər şeyi yazmışam sadəcə ola bilsin siz Elektron kitabdan istifadə etmədiyiniz üçün sual sizə qəribə gəldi, bütün elektron kitabların sistemi eynidi orda elədə fərqli birşey yoxdur. Kitabça söhbətinə qalanda isə orada qəbahət yoxdu məncə, sadəcə kitabça yazmaqla demək isdəmişəm ki, biraz kiçik modeldi :) Model Pocketbook 650-di. Problemi isə artıq özüm həll etdim, sadəcə dropbox-a 2-dən artıq fayl yükləmək olmaz e-book-un sistemi zəif olduğu üçün faylı ordan götürmək gücünə qadir deyil. Problemdə məhz bu idi.

E. Hacı (2014-11-09 14:28:42)
Söhbət nədən gedir öncə onu demək lazımdır. elektron kitabça nədir? niyə kitab yox kitabça? :) markası nədir sistemi nədir və.s. Sualı dəqiq qoymaq lazım ki cavab verən sadəcə cavabl düşünsün, söhbətin nədən getdiyini yox.