Programlaşdırma dilləri

Salam.Bu dövrdə(21-ci əsrdə :) ) və ya gələcəkdə hansı programlaşdırma dilindən daha çox və ehtiyyac olacaq vəziyyətdə istifadə olunacaq...Yəni hansı programlaşdırma dilini oxuyub qurtarandan sonra yaxşı işlə təmin olunacağam...Mən hal-hazırda Komp Mühəndisiyəm...Amma gələcəkdə Yaxşı işdə işləmək istəyirəm...Yəni savadım,həvəsim var...Yəgin ki,mənim dərdimi anladız!!! :)Xahiş edirəm kömək edin!!!

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

marmeladze (2014-11-14 22:31:26)
proqramlaşdırma dilindən əvvəl azərbaycan dili; orfoqrafiyası zadı yerli-yerində -)) belədə kompüterlərdən əlavə insanlarla da normal ünsiyyət qurmaq olar.

E. Hacı (2014-11-13 11:26:06)
Siz hər hansı birini yaxşı öyrənin, sonra o biriləri də lazım olsa öyrənmək asan işə çevriləcək. Dillərin gələcəyinə aid isə proqnoz vermək bir qədər çətindir. Hazırda ən populyat 5-lik Java, C, C++, C#, PHP-dir(tam dəqiq siyahı yoxdur təbii ki, amma əksər reytinq tərtibçiləri belə deyir) Sırf iş tapmaq üçün deyirsizsə C# ilə iş tapmaq daha asandır hazırda Bakıda. Microsofta məxsusdur deyə yəqin ki yaxın gələcəkdə də ölmə ehtimalı yoxdur. Sırf inkişaf baxımdan "bişmək" üçün isə C++ ilə başlamaq yaxşı olar məncə. Sonda da istiqamət seçmək olar. İstiqamət mobile olarsa Java(sonra da İOS lazım olsa Swift adlı yeni dil), veb backend olarsa php(və ya python, ruby), veb frontend olarsa Javascript, desktop olarsa C# və ya Java(və ya digərləri) və.s. seçmək olar. Əsas başlamaqdir biri ilə sonrası yaxşı olar