Hər hansı bir virusun kompüterdə olub və yaxud olmamasını necə yoxlamaq olar ?

Salam. Bir PC (stolüstü) kompüter var. Mənim deyil. Antivirus və interneti yoxdur. Məndə bu kompüterə mikro kart və ya flaşh kart taxmazdan əvvəl bilmək istərdim ki, bu kompüterdə virus var ya yox. Əgər olsa kartıma da yüklənə bilər. Buna görə də CMD əmirləri vasitəsilə və yaxud hansı yolla virusu olub ya olmamasın necə öyrənə bilərəm ? Birdə ki, əgər virus varsa bu virusu silməyin də yolunu qeyd etsəniz çox gözəl olardı. Çox sağolun məlumatınıza görə. Təşəkkürlər

Verilmiş cavablar və yazılan şərhlər (10 cavab var)

НеВиДиМыЙ (2014-11-15 19:53:12)
Yene acilmadi. Yaziram google.az-a girir

Alparslan Məmmədli (2014-11-15 19:27:34)
Link düz işləyir.Əgər DNSlə bağlıdırsa,bir də bu linkə baxın: https://www.google.az/search?safe=off&es_sm=93&q=USB+FLASH+Format& Araşdırın...

НеВиДиМыЙ (2014-11-15 17:34:35)
Link girdim acilmadi. Xayis edirem linki duz qoyun

Alparslan Məmmədli (2014-11-15 13:26:35)
НеВиДиМыЙ, Baxınız: https://www.google.az/search?safe=off&es_sm=93&q=USB+FLASH+Format&oq=USB+FLASH+Format&gs_l=serp.3...11779.12611.0.13030.0.0.0.0.0.0.0.0..0.0.msedrc...0...1c.1.58.serp..0.0.0.UHvFuMXG68c

samir.rutulec (2014-11-15 00:51:46)
Başqa bir kompla antivirus endirib yaza bilərsiz kompyuterə kompda virus olub olmamağını bilməy olmaz elə viruslar var ki hansı antivirusu yazırsız yazın yenədə düşür əsasən Kaspersky biraz daha yaxşıdı digərlərinə baxdıqda ondan istifadə edə bilərsiz. Belə edə bilərsiz Mikro kartı taxıb nə köçürmək istəyirsizsə köçürün sonra isə başqa bir kompyuterdə antivirusla yoxlayıb istifadə edə bilərsiz

НеВиДиМыЙ (2014-11-14 15:00:14)
Heç USB Biçimləndirmə (Format)eşitməmisiniz? USB Biçimləndirmə: MY kompyuterdə usbyə sağ klik eləyib biçimləndiri və ya formatı seçib,gözləyirik. Bu qeyd etdiyinizdən heçnə başa düşmədim.

Alparslan Məmmədli (2014-11-14 14:04:06)
Əgər virus belə "saf" olsaydı,bu dəqiqə viruslar olmazdı.Virus odur ki,özünü gizlədir və kompyuterə ziyan verir...Antivirus və ya virus removal tool (özəlliklə,kaspersky və ya norton) yükləyin.Əgər virusun usbyə keçdiyindən şübhəniz varsa,USB üçün ayrıca virus removal və ya təmizləyici yükləyin.Heç USB Biçimləndirmə (Format)eşitməmisiniz? USB Biçimləndirmə: MY kompyuterdə usbyə sağ klik eləyib biçimləndiri və ya formatı seçib,gözləyirik. Uğurlar!

НеВиДиМыЙ (2014-11-13 17:02:21)
Axı sual yazanda qeyd etmişəm ki, "Antivirus və interneti yoxdur.". Antivirusdan başqa nece yoxlamaq olar ?

_HACKER_ Elvin (2014-11-13 16:31:55)
Ən yaxşısı Kasperaky Virus Removal tool-dur

jafar132 (2014-11-13 11:54:24)
Əlbəttə ki kompyuterin öz antivirusu ilə ekspress skan edin. 15 dəqiqəyə nəyi silmək nəyi saxlamaq olduğunu görərsiniz

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Pulsuz antivirus linki

virus mesajı

Avast free antivirus interneti zəiflədir

Yaddaş kartı problemi

antivirus məsləhəti

Sizin cihazda virus var xətası