Bakalavr başqa ixtisas bitirib Magistr başqa ixtisas oxumaq mümkündürmü?

Salam.Bu il Texniki Universitetdə Metallurgiya Mühəndisliyi ixtisasını bitirəcəm.Amma 1 ildi programlaşdırma ilə maraqlanıram .Bilmək istərdimki magistr təhsilində Kompyuter Mühəndisliyi ixtisasını seçib oxuya bilərəmmi? Fərqi yoxdu ya Azərbaycanda yada başqa ölkədə.

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

marmeladze (2014-11-17 10:27:52)
əlbəttə. lazım olan kifayət qədər bilikli olmağınızdı. azərbaycandakı təhsilin səviyyəsi məlum olduğundan, çox yerlər işə qəbul üçün əlavə imtahan götürür, diploma güvənmir. həmin imtahanlarda uğurlu nəticə əldə eləsəz proqramçı kimi də fəaliyyət göstərə bilərsiz.

fightclub_husen (2014-11-16 11:20:07)
Cavabınız üçün təşəkkür edirəm.Bəs Azərbaycanda Kompyuter Muhendisliyi diplomu olmadan yəni başqa ixtisas diplomu ilə programçı kimi fəaliyyət göstərmək mümkündürmü?

marmeladze (2014-11-15 23:47:51)
azərbaycanda mümkündümü - bunu dəqiq deyə bilmərəm. çünki, bizim təhsil bürokratiyası həddindən artıq mühafizəkardı -)) başqa ölkələrdəysə mümkündü. elə götürək türkiyəni. mən kompüter mühəndisliyi bakalavrından sonra fəlsəfə magistri oxumuşam. birinci il attestasiya dərslərində iştirak elədim - fəlsəfə bakalavrında keçilən bəzi əhəmiyyətli dərsləri. sizin üçün də yəqin ki, problem olmaz. qəbul ola bilsəz, çox yəqin ki, birinci və ikinci semestrlərdə kompüter elminə aid bəzi bakalavr dərslərində iştirak eləməli olacaqsız. bunları keçəndən sonraysa magistr proqramına aid dərslərdə iştirak eləöyə bilərsiz.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Magistratura haqqında

Magistr ixtisas fərqi

Magistr 2 ci Imtahan hakkınnda

Müəllim işləmək

magistr imtahani haqqinda

Mexanika mühəndisliyi