Salam hərkəsə.Bir sualım olacaq.Mənim adsense hesabımda 200 dollara yaxın pul yığılıb və mən bunu kart vasitəsi ilə götürmək istəyirəm.Orda məndən tələb olunan kartın rekvizitlərini (swift kod, iban kod və s.) hamısını yazmışam, qısacası pulun mənə ödənilməsi üçün kart haqqında lazımlı şeyləri yerləşdirmişəm və hesabım da təsdiqlənib mənə gələn pin kod vasitəsi ilə.Sadəcə bir şey var ki, kartı təsdiqlətdikdən sonra hər hansısa bir prosesi etməyə ehtiyac qalmır onların dediklərinə görə və balansdakı pul avtomatik karta köçürülür müəyyən vaxt ərzində.Maraqlandığıma görü pul köçürmə prosesi başlanıldıqda adsense e-mail ünvana xəbərdar olmaq üçün məktub göndərir ki, proses başlanılıb və adsense hesabda da prosesin getdiyini göstərir.İş orasındadır ki, mən ayın 19u adsense hesaba kartı təsdiqlətdim və həmin karta pulun gəlməsini istədim.Məndən sadəcə gözləməyim tələb olunur.Mən bilmək istəyirəm pul köçürmə prosesi başlanılsa mənim poçt ünvanıma xəbərdarlıq mesajı gələcəkmi? Və adsense hesabımda mən hardan görə bilərəm ki, pul köçürmə prosesi başlanılıb və nə vaxt bitəcək?
Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)
0
Salam. Adsense paneldə “payments” bölümündən ödəniş barədə məlumat ala bilərsiniz. Ödəmə barədə emailə də məktub gəlir.
Sual verin
Cavab verin