Google Adwords və Facebook Ads sistemlərində bölgə hədəfləməsi haqqında

Salam. Google Adwords və Facebook Ads sistemlərinin reklamlarında Azərbaycanın konkret hər hansı şəhər və ya rayonu üzrə hədəfləmə imkanı varmı? Bu sistemlərdə Türkiyə, ABŞ Rusiya kimi iri dövlətlər üzrə açıqça arzuolunan bölgə üzrə hədəfləmə imkanı olduğunu bilirəm. Amma, Azərbaycan üzrə bu özəlliklərin olduğunu bilmirəm... Cavabınız üçün öncədən təşəkkürlər!

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

Jurnalist (2014-11-24 23:18:32)
Bəli, biraz araşdırdım və Azərbaycan üzrə qeyd etdiyim özəllikləri görmədim. Dedim, bəlkə də mən xamam, mövzunu Cavablar.net üzərindən də sorğulayım... :) Bu arada Yandex Direct-lə ilgili yeni mövzu açdım. Mümkün olsa, o mövzu haqqında da fikir bildirsəniz, sevinərəm... İlginiz üçün təkrar təşəkkürlər. Elvin bəy!

E. Hacı (2014-11-24 21:19:39)
Salam. Yoxlamısız tapmamısız ya necə? Ümumiyyətlə fikir vermisizsə Google analytics də bunu ayırd etməyi bacarmır, bizim internet infrastrukturumuz nədənsə elə qurulub ki bütün zonalar "Bakı üzərindən" girir, hamısı da Bakı hesab edilir.

Jurnalist (2014-11-24 17:22:13)
Elvin bəy, Sizin məlumatınız yoxdurmu, bu haqda? 2 gündür bir cavab verən yox. Axırda sükutu özüm pozmalı oldum... :)

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Facebook bank hesabimdan elave pullar cixir

Facebook səhifə ilə pul qazanmaq

Saytı reklam etmək

Browserlərdə olan reklamdan qurtulma

AdMob nə zaman işə düşür?

Google Adsense reklamları