HDDni yeni kompyuterə tanıtmaq, cox vacibdir

Salam, bir sualım olacaq.Mənim hdd əvvəl işlətdiyim kompyuterdə istifadə olunub və içində lazımlı fayllar var.Köhnə kompyuteri dəyişdim amma hdd məndə qaldı və iş orasındadır ki, yeni sistem bloku yığdırmışam və hdd yeni sistem blokunda işləmir, deyirlər tənzimləmək lazımdır, windows yenidən yazılmalıdır ya nəsə dəqiq bilmirəm.Zəhmət olmasa bu haqda kömək edərdiniz.Mən nə edim ki həmin hdd-ni yeni yığdırdığım sistem blokunda işlədə bilim? Bunun üçün nə iş görməliyəm?

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

Raska (2014-11-26 23:39:39)
Salam Bakinec777 adlı istifadəçi: Sizin kohnə hard diskiniz sistem blokda işləmk üçün onu driverlərini ustanovka eləmək lazımdır.Ya da ki siz hard diskin C diskini format edib ona təzədən əməliyyat sistemi yazmalısınız.Bunu eləmək üçün ikinci təbii ki hard disk təzəsi ilə qoşulmamalıdır.Yoxsa kompüterde iki dənə əməliyyat sistemi olacaqdır.

Dilsuz (2014-11-22 23:31:34)
Salam. Sizə əlavə informasiya naqili lazımdı ki, hdd-ni ana plataya qoşasınız (qida blokuna qoşmağıda unutmayın) və əməliyyat sistemi onu xarici yaddaş qurğusu kimi görəcək.

Bakinec777 (2014-11-22 17:04:23)
Bunu bilirəm sadəcə deyirəm ki, həmin hddni indi bu təzə sistem kompyuterə tanıtdırmaq üçün nə etməliyəm?

_HACKER_ Elvin (2014-11-22 17:00:58)
Əlbəttə ki,olmayacaq çünki sizin əvvəlki komp-da yazılan driverlər,bu komp-da dəstəklənmir! Belə başqa problemlər də ola bilər...Amma əsas problem bu olur həmişə

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

HDD seçimində köməklik

yüksək yaddaş həcmli cihaz

Laptopa istənilən SSD gedir?

3 ƏS 1 HDD-də

Notebookun Hard diskini dəyişməkdə köməklik edin.

Hdd_Bitlocker—-çox xahiş edirəm kömək edin.