Malware və ya reklam viruslarından necə xilas olum?

Salam. Məndə əvvəllər də belə olmuşdu, kompüter formatlandı və indi yenə peyda olub. Məsələ burasındadır ki, internetdən PES2015 yüklədim və instal edəndə bu viruslar brauzere düşdü. Brauzeri açan kimi reklam peyda olur qıraqlarda, hər yeni sayta keçəndə, səhifə yenilənəndə bunlar peyda olur və komöüterin sürətini, effektivliyini pis günə salır. Qeyd edim ki, ESET antivurusum var və pulla almışam, hər gün update olunur və virusları tapır, amma çox təəssüf ki, bunları tapa bilmir. Səhv etmirəmsə bunlar MALWARE adlanır. Ona görə də antiviruslar bunları tapmır. Bilənlərdən çox xahiş edirəm, köməklərini əsirgəməsinlər. Bu zibil viruslardan canımı necə qurtara bilərəm? Hər kəsə əvvəlcədən təşəkkürlər.

Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)

_HACKER_ Elvin (2014-11-23 18:25:18)
Combofix yüklə bu linkdən...Programı açan zaman isə antivirus-u deaktiv etmək lazımdır! link in description~~~ https://cloud.mail.ru/public/9df1efd5ffb0/ComboFix_soft.rar

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Bağlanmış Antivirus pəncərəsinin göstərilməsi

.dat fayılı nədir ? Virusdur yoxsa nə ?

Anti-virusla bağlı xəta

Texet format etmək

Avast free antivirus interneti zəiflədir

CCleaner, yoxsa Advanced SystemCare