wordpress yoxsa script

Salam Cavablar.net əhli.  Bu günə kimi bir çox cms yoxlamışam sadəcə Data life engine xoşuma gəlmişdi.  Bu yaxınlarda isə maraq üçün wordpress qurdum və çox xoşuma gəldi. Panel hələ supermiş heç dərindən maraqlanmamışdim. Bir neçə sual vermək istəyirəm . Deməli Bir layihəm var reallaşdırmaq istədiyim bu layihə üçün sıfırdan script yağdırmaq yaxşıdır yoxsa wordpress teması yığdırmaq?  Yəni layihədə online ödəniş olacaq . Hansi daha təhlükəsizdir? Və mən öz istədiyim dizaynı yığa biləcək biri varmı Azərbaycanda? 2. Qiymətlərdə fərq varmı?  (Yəni layihə tam fərq lahiyədir və funksiyalar da çox olacaq.) 3. sayta gələcəkdə yeni funksyalar əlavə etmək üçün hansı daha asand və ucuz başa gələr? Wordpress teması yoxsa script 4. Hacker hücumlardan ataklardan və s.  Qorunmaq üçün wordpress üçün hansısa plugin və ya təhlükəsizlik  ayaqları var? Qeyd. Zəhmət olmasa bu işi bilən biriləri yazsın Qeyd. Elvin müəllim təcrübələrinizi mənimlə  bölüşməyinizi Xahiş edirəm. Təşəkkürlər

Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)

mahir95 (2014-11-25 00:35:43)
Helbetdee Script

Namazov Ismayil (2014-11-24 11:37:52)
çox təşəkkür edirəm.

E. Hacı (2014-11-24 11:34:46)
O temanı düzəldən developerdən asılıdır. Əksər temaların idarəetmə və ayarlama bölməsi olur, o da inteqrasiya edilir wordpress-in öz admin panelinə, menyuda seçənək olur, ona klik etməklə ayarlanır.

Namazov Ismayil (2014-11-24 11:30:39)
Çox sağ ol zəhmət çəkib yazdız. bu WordPress cms-dən əlavə onun temasınında bir paneli olur?

E. Hacı (2014-11-24 10:36:09)
WordPress şəksiz ən yaxşı CMS-dir, müayisəyə belə gəlməz digərləri ilə. 1. Bir çox CMS təhlükəsizdir platforma olaraq, əsas məsuliyyət sonra, saytı quran developerin yazdığı kodlara düşür. 2. Əgər çox fərqli və zəngin funksionallı sayt olarsa qiymət fərqi çox olmayacaq. Çünki belə olanda CMS-dən sadəcə platforma olaraq istifadə edilir, funksional o CMS-in Codex-i əsasında sıfırdan yığılır. Amma hər halda CMS ilə olanda az da olsa ucuz olar. 3. WordPress ilə olanda gələcəkdə başqa proqramçı da əlavə edə bilər, sıfırdan qurulma olanda isə başqa proqramçı çətinlik çəkir dəyişiklik edərkən. Eynu proqramçı üçün isə fərqi yoxdur CMS ya sıfırdan. 4. 100-lərlə plugin var bunun üçün, eyni zamanda da fərdi həllər. Dünya internetinin 1/5-i WordPress ilə işləyir, 60 milyondan çox veb sayt, içlərində milyonlarla girişi olan saytlar da var və problemsiz işləyirlər.