online satıcı olmaq

Salam bilmirəm fikrimi çatdıra biləcəm ya yox. Ama yenə də şansımı yoxlayım. )) mən bir sayt açıb online satış etmək istəyirəm. Lakin saytda satılacaq (elektronik əşya, paltar və s? Mallar mən tərəfindən yox başqa bir şirkət tərəfindən gətiriləcək. Yəni mən sadəcə satıcı olacam. Belə bir sayt bilirsinizmi? . 2 il öncə bilirdim lakin indi yadımda deyil. Bu işin dəqiq adını bilsəm özüm maraqla bilərəm. Təşəkkürlər

Verilmiş cavablar və yazılan şərhlər (6 cavab var)

Namazov Ismayil (2014-11-26 15:42:35)
mən nə yazdığımı heç özüm başa düşmədim )) fərq yoxdu öz saytımda ola bilər hazır saytda . ödəniş isə ya kredit kartı ilə yada qapıda ödəniş ilə

Namazov Ismayil (2014-11-26 15:40:37)
hə siz onu deyirsiz başa düşdüm ama mən dediyim isə yəni hansıa bir firmanın və s. mallarını öz saytımda tanıtım satış edim yalnız hər satılan malı mən yox həmin şirkət tərəfindən göndərilsin. burda mənim rolum isə sadəcə vasitəci ) hər satılan mala görədə mənə müəyyən faiz verilsin. bu vəya buna bənzər bir şey oxuşudum türkiyə saytında çoxdan ama indi yadımda deyil təqribi belə birşey idi )) təşəkkürlər

E. Hacı (2014-11-26 15:01:34)
Alverə başlamaq üçün heç nə oxumaq lazım deyil :) İnkişafı üçün lazımdır. O da sonranın işidir. Başlamaq üçün isə sayt olsun hər hansı CMS-də və mal olsun. Malı da hardan istəsəz yerləşdirə bilərsiz. Şəklidir, başlığıdır, təsviridir yazırsız. sifariş verən olsa ən ucuz və çevik mənbədən alıb aparıb verirsiz sifariş verənə. Belə belə gedirsiz irəliyə

Namazov Ismayil (2014-11-26 13:44:56)
təşəkkürlər. buna hardan və necə başlamaq lazımdır? və buna aid məaqlələr varsa oxumaq istəyərdim

E. Hacı (2014-11-26 12:02:27)
Azərbaycanda mal satan saytların 90%-ində mal özlərinin deyil, vasitəçidirlər(dəllal), kataloqdur sadəcə, kimsə nəyisə alırsa o da gedir ilk mənbədən alır gətirir bir az baha qiymətə satır sifariş verənə. Bu facebook-da telefon, kompüter satanlar, sonra mağazası olmayan istənilən online yerli satış saytları, hamısı elə edir.

Breathtaking (2014-11-26 10:15:05)
Əvvəlcə yazmısız sayt açıb online seller olmaq istəyirəm sonra da yazmısız belə bir sayt tanıyırsızmı?! İndi deyin siz sayt açmaq istəyirsiz əvvəlcə yoxsa hazır saytda online seller olmaq istəyirsiz :) Belə saytlar çoxdur sadəcə orada ödəniş Paypal vasitəsilə olur, Paypal isə bizim ölkəyə pul göndərməni dəstəkləmir. Belə olan təqdirdə siz ancaq alıcı ola bilərsiz satıcı yox.