Ən çox təlabat olan kompüter bölməsi

Salam. Kopmüter kurslarına yazılmacam. Bilmək istəyirəm ki, hazırda kompüterlə bağlı olan hansı bölmələrə daha çox təlabat var. Yəni həmin bölməni tamamən bilsəm mən hardasa işləyə bilərəm. Xahiş məsləhət verin.

Verilmiş cavablar və yazılan şərhlər (6 cavab var)

Raska (2014-11-27 23:21:58)
Sənin sözün varsa de ki məndə əlavə etmək istəyirəm .Yoxsa kimdənsə səhv cıxartmağa çalışma.Onsuzda hər kim bildiyini danışır.Mən boş-boşuna dediyim yer yoxdu.Deyirsen office-de proqramlaşdirma yoxdu? onda microsoft excel-a bax orda gorersen.

BabekAsgeroFF (2014-11-27 21:24:30)
Hamınıza təşəkkürlər

Namazov Ismayil (2014-11-27 21:18:52)
Salam işlər çoxdu baxır sizin maraqınıza və təhsil vəziyyətinizə. 1.Web proqramlaşdırma ola bilərsiz, bunun üçün isə müəyyən bilikləriniz olmalıdır məsələn. ilk növbədə Front Page yaxud Dreamweaver proqramlarından birini yükləməklə web səhifələrin düzəldilməsi üzərində məşqlər edə bilərsiz, daha sonra isə HTML, CSS, JAVASCRİPT-i mənimsəməyə başlamaq. Dərslik kimi isə w3schools.com istifadə edə bilərsiz. bunları öyrəndikdən sonra isə artıq PHP, MYSQL, AJAX öyrənməyə keçə bilərsiz bunun üçündə az oncə verdiyim sayt məsləhətdir. Artıq biraz bilikə malik olduqdan sonra isə Hazır php, javascript classlar, css-lər yükləyib onların kodları üzərində çalışmalar edərək kodları başa düşə bilərsiz. Bunlar üçün phpclasses.org, mootools.net, free-css.com və.s. saytlar məsləhət görülür. 2.Grafik dizaynerdə öyrənərək yaxşı işdə çalşa bilərsiz. Qrafik dizayn proqramların siyahısında Adobe Photoshop şəriksiz liderdir. Buna baxmayaraq müəyyən anlarda vektor qrafikası ilə işləmək üçün nəzərdə tutulan Corel Draw və ya Adobe İllustrator kimi proqramlarla işləmək zərurəti yaranır. Bunları ilk olaraq Youtube videolara baxaraq ilkin biligə malik olduqdan alətləri tanıdıqdan sonra kursa yazılaraq programı dərindən öyrənə bilərsiz. 3. Ofis programları bilərəkdə iş tapmaq mümkündür. Düzünü desək indiki zamanda ofis programlarını bilmək artıq vacib halına çevrilib. bu programları bilərək hansısa firmada kompüter operatoru, menecer vəs işlərdə çalışmaq olar. Ofis programları dedikdə bütün programlar ağlınıza gəlməsin sadəcə word,Excell,Power Point, ve outlook bilməyiniz kifayətdir. Lakin hər hansı işə qəbul olmaq üçün öz ana dilimiz bəs etmir mütləq ikinci xarici dil biliyimiz olmalıdır. Bunuda nəzərə almalısız.

developer (2014-11-27 19:12:03)
Proqramlaşdırma və ya DBA(verilənlər bazası mütəxəssisi) tələbatlı sahələrdir, bilən üçün də iş çoxdur 500-dən tutmuş 3min azn-ə qədər maaşlarla.

developer (2014-11-27 19:11:06)
Ofis hara proqramlaşdırma hara

Raska (2014-11-27 18:59:19)
Salam.Sizə proqramlaşdırma və ya şəbəkəni məsləhət görürəm.Siz şəbəkəni öyrənsəz banklarda və digər yerlərdə iş tapa bilərsiniz.Proqramlaşdırma ilə isə ayrı-ayrı şirkətlərdə işləyə bilərsiniz.Bunun üçün siz microsoft office proqramlarını yaxşı bilməlisiniz.Çalışsaz 600-700AZN haqqı ilə işləyə bilərsiniz.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

samsung tab3

zaryatka 40% olanda telefon sönür

sifariş gətirmək barədə

samsung rex90 s5292 whatsapp yükləmək

Kompyuter bəzən açılmır.

Android program yenilənməsi