Animasiya Yaratmaq

Salam,özümü HTML'də yoxladım,indi isə animasiya yaxud qrafika yaratmaq qərarına gəldim (: (ümumiyyətlə animasiya ilə qrafikanın nə fərqi var?) Beləcə yutubda bu haqda bir çox videolara baxdım,amma orada insanların hərəsi bir proqramla bunu edirdilər..Bəs sizcə ən yaxşı animasiya yaratmaq üçün proqram hansıdır?,bə bu proqram mənim 4RAM'lıq,32BiT'lik noutbukuma gedərmi?əwəlcədən təşəkkürlər..

Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)

Software Developer (2014-11-28 16:08:30)
Mənim Adobe və Macromedia Flash üzrə bir neçə illik professional təcrübəm var, mənə görə düzgün olanı məsləhət gördüm. İstənilən tip veb yönümlü və ya digər 2D animasiyalar üçün Macromedia Flash 8 + Action Script 2 tam bəs edir. Adobe Flash isə advanced şeylər əlavə edib sadəcə, hansı ki bu durumda qətiyyən lazım deyil. (Action Script 3, Class məntiqi və.s.)

elizbaryusuf (2014-11-28 15:09:28)
Məncə məntiqsizdi Macromedia ile işə başlamaq onunla zaman itirəcəyinizə bir başa Adobe Flash ilə başlamaq daha uyğundur

developer (2014-11-28 10:02:38)
Adobe Flash elə Macromedia Flash-in sonrakı versiyalarının adıdır. Sadə istifadə üçün köhnə Macromedia Flash daha uyğundur nəinki sonra çıxan ağır işləyən və mürəkkəb Adobe Flash.

elizbaryusuf (2014-11-27 21:42:40)
saytlarda animasya yaratmaq üçün Flash dan istifadə etmək məncə yaxşı deyil əgər JavaScript bilirsəniz JavaScript ilə etsəniz daha yaxşı olar. yox əgər proqramlama bacarığınız yoxdursa və flash yaratmaq istəyirsənizsə macromedia flash deyil Adobe Flash dan istifadə edin.

Namazov Ismayil (2014-11-27 21:25:23)
Macromedia Flash istifadə edə bilərsiz. kiçik bir animasiya isə PS programıylada etmək mümkündür lakin Macromedia Flash kimi imkanlar vermir