blogger haqda suallar

Salam blogger də blog açmışam bir neçə suallarım var. 1. Yeni yazı yazarkən necə edimki həmin yazı istədiyim bölmədə olsun. (Məsələn: Programa aid xəbər paylaşacam necə edimki bu yazı program bölməsində görsənsin.) 2. blogu Azərbaycanca işlətsəm Adsense üçün problem yaranmaz? yoxsa Türk dilində işlədim? 3 .blogu açar açmaz Adsense yə bağlamaq düzgündür? Yoxsa bir müddət işlədikdən sonra adsense yə bağlayım? 4 gələcək üçün bloqu hansısa domene bağlamaq mümkündür? 5.Html+Css azda olsa bilirəm və və biliyimi artimaqa çalışıram özümə sadə tema yazsan bunu necə qoruya bilərəm? Çünkü bir saytda gördüm bloqdan tema çəkmək olur. Təşəkkür edirəm hərkəsə. ..

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

E. Hacı (2014-12-16 19:11:24)
5. Düzəldin, işlədin, uğurlu olsun. Qorumağı neynirsiz ki? Belə fikirləri məncə kənarlaşdırmaq lazımdır. Kommersiya məhsulu deyil ki, qoruyasız. Sadə html temadır da, hansı ki minlərlə pulsuz var internetdə, yiyələri qorumağı düşünmədən düzəldib paylaşırlar.

Namazov Ismayil (2014-12-16 18:05:23)
Breathtaking Çox sağolun ətraflı cavaba görə. Yəni 5-ci sualda onu demək istəyirəmki. Mən blogger üçün özümə tema yığsam bunu necə qorumaq olar? yəni müxtəlif üsullarnan blogdan vəya saytlardan şablomu çəkmək olur. Bunun qarşısını necə kəsmək olar

Breathtaking (2014-12-16 16:52:16)
1) Yazını yazandan sonra müəyyən bölməyə əlavə edirsiz elə ordada aktiv olur (bölmələr isə admin paneldən əvvəlcədən yaradılır) 2) Blogu Adsense qoşmaq üçün beynəlxalq dil işlədilməlidir, birdə təkcə burda dil rol oynamır həmdə blogunuzu ziyarət edənlərin sayı çox olmalıdır. 3) Blogu Adsense qoşmaq məqsədilə yaratmaq belə düzgün deyil, bu haqda düşünmək çox tezdir. Adsense heç kimə havayı pullar vermir, onunda öz kriteriyaları var. 4) Mümkündür. 5) Sual tam başa düşmədim açığı, qoruya deyəndə nəyi nəzərdə tutursuz.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Blogger saytı haqqında

Bloggerde bolme acmaq

WordPresslə saytı Bloggerə köçürmək

Blogger.az sahibi ilə əlaqə

Yazıları kateqoriyaya alma (HTML)

Bir Adsense Hesabına Nə Qədər Blog Əlavə Etmək Olar?