Camex.az – Malın çatdırılması

Salam. 23 noyabrda ebay.com-dan sifariş verdiyim noutbuk üçün adaptor 28 noyabr tarixində Camex.az-ın Wilmington şəhərindəki 4 Lewis Circle ünvanına çatdı. Yəni, tracking kodu bunu deyir. Ancaq mən Camex.az-dakı şəxsi hesabıma neçə gündür ki, baxıram. hələ də, malın Camex.az-a daxil olması barədə heç bir məlumat yoxdur. Şəxsi hesabımdaki bütün rəqəmlər "0"-dır. Səbəbi nədir? Nə etməliyəm?

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

E. Hacı (2014-12-02 10:44:54)
Saytdan özünüz niyə götürmürsüz ki? info@camex.az və ya http://camex.az/contact

ShirvanShah (2014-12-02 10:23:39)
E-mail ünvanlarını qeyd edə bilərdiniz?

E. Hacı (2014-12-01 18:41:45)
Camex ilə əlaqə saxlayın, telefona cavab verməsələr email yazın, ona cavab verirlər gün ərzində.