Mağazadan telefon almaq

Salam.Hamı bilir ki,telefonların çox hissəsi Çin-də istifadə olunur...Məsələn~~~Mən Sony Xperia C3 və yaxud Galaxy Alpha almaq istəyirəm.Mən bildiyimə görə original Sony modelləri Yaponiyada istehsal olunur.Amma mən əvvəl işlətdiyim product(Xperia L) Çin istehsalı idi...Mən mağazadan telefonu alan zaman necə öyrənə bilərəm ki,hər-hansı bir telefon hansı ölkədə istehsal olunur,originaldır yoxsa Çin,satıcıdan hansı sənədləri tələb etməliyəm...Xperia C3 bəyənmişəm...Yəni mənim məqsədim original və keyfiyyətli telefon almaqdır... Qeyd edim ki,telefonu integralplus və ya irshad telecom-dan almaq fikrim var...

Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)

E. Hacı (2014-12-02 20:47:58)
İstehsalat əksər halda Çində gedir. Sony şirkət olaraq yapon şirkətidir amma məhsulları əsasən Çində istehsal olur. Original dediyiniz yəni. Və ya Apple heç bir cihazı Amerikada istehsal olunmur, yüzdə yüz hamısı Çində istehsal olunur. Odur ki China sözünə fikir verməyin, əsas hardan aldığınıza baxın. Yerli iri mağazalardan hansından istəsəz ala bilərsiz, hamsı eyni yerdən gəlir