“Facebook” reklam ödənişindəki ziddiyyət haqqında

Salam. 1-2 ay öncə, "Facebook" da reklam vermişdim. PayPal hesabında da "Facebook" a göndərilən reklam haqqı barədə bildirim də yer almışdı. Bayaq isə"Facebook"a daxil olanda görürəm ki, aşağıda qeyd etdiyim bildirim göstərilir. "Borçlu Olduğunuz Tutar: 4,16 $ (USD) Reklam hesabınızdan çekim yapamadık. Lütfen hesabınıza yeni bir ödeme yöntemi ekleyin." Madam ki, reklam verilən zaman "PayPal"da ödəniş bildirimi yer alıbsa, "Facebook"un indiki bildiriminə səbəb nədir?... Cavabınız üçün öncədən təşəkkürlər!

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

Jurnalist (2014-12-09 22:42:54)
Cavabınız üçün təkrar təşəkkürlər, Elvin bəy! PayPal əvvəlki ödənişləri normal göndərmişdi, sonrakında isə status "Denied" olaraq qeyd edilirdi. Zənnimcə, kartla ilgili bir şey idi. Problem artıq çözüldü.

E. Hacı (2014-12-04 16:21:38)
Bu ola bilsin qalıq məbləğdir çıxa bilməyiblər. Hesabatları daha diqqətlə incələyin, məbləğə, tranzaksiya kodlarına diqqət edin. Bir mənbə çıxdı, digəri çıxmadı deməsi reallığa oxşamır

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Facebookda sifre problemi

Paypal müştəri xidmətləri

Facebook statuslarım twitter də çıxsın

Paypalda ünvan yerinə binanı yazdim

Remove Facebook

Facebookda səhifədə mesaj bölməsini açmaq