Kompüter mühəndisliyi İngiltərədə oxumaq

Salam.Bundan əvvəlki sualımda TOEFL IELTS GMAT GRE və s. nə olduğunu öyrəndim :) Ingilis dilini başa düşdüm ki,yaxşı bilməliyəm...Mənim ixtisasım Kompyüter mühəndisliyidir.Mən xaricə getmək üçün hansı ardıcıl mərhələlərdən keçməli (bu ixtisas üzrə) ,hansı imtahanlar verməli və nə qədər ödəniş etməliyəm (yəni xərcim nə qədər olacaq) ?

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

_HACKER_ Elvin (2014-12-07 19:22:57)
Sağ ol qardaş...Sən mənə çox kömək oldun...Bir anlıq gözümə hər şey asanmış kimi görsəndi :)

Breathtaking (2014-12-07 18:48:22)
Niyə yuxarıda yazmısan mənim ixtisasım Kompyuter Mühəndisliyidir? Sən hələ şagirdsən və universitetə hələ qəbulun sual altındadır, sən niyə qabaqdangəlmişdik edib çayı keçməmiş HOP edirsən? :) Hələ universiteti (bakalavr) 4 il oxumalısan 3-cü kursa çatanda Xaricdə Magistr təhsili barədə düşünərsən, hələ çox tezdir. Yox əgər Xaricdə bakalavr təhsili almaq isdəyirsənsə Buyur burda bütün məlumat var, bu yolla dövlət hesabına təhsil ala bilərsən.

_HACKER_ Elvin (2014-12-07 17:15:31)
Sağ ol...Təşəkkür... Mənə deyə bilərsiniz mən əgər Kompyüter Mühəndisliyi ixtisasına Azərbaycanda--------BDU-ya daxil olub (yüksək bal ilə) Bakalavr I kursu Bakıda,davamını isə İngiltərədə oxuya bilərəm və necə edə bilərəm (yəni hansı mərhələlər ilə----imtahan yolu ilə?) ? Əlbəttə ki,İngilis dilini mükəmməl öyrənəcəm... Neçə yaşdan Xaricə getmək olar və gedə bilsəm Dövlət məni öz öhtəliyinə alacaq? Qeyd edim ki,,,15 yaşım var və 10-cu sinifdə oxuyuram...

Breathtaking (2014-12-07 17:00:55)
1) Ümumi English dili - 8-9 ay ( 70x9=6300) 2) Pre İelts - 3 ay (100x3=300) 3) İelts - 3 ay (150x3=450) Total : 7050 Bu yuxarıda yazdıqlarım sadəcə rəqəmlərdi və bütün bunlar bir tərəfdən əgər sənin maliyyə xərclərin qarşılığında alınan şeylərdisə digər tərəfdən böyük məsuliyyət tələb edir. Lap tutaq kı, İelts imyahanını verdin və hər hansı bir xarici universitetə apply edib qəbul oldun, təhsil haqqını ödəməyə pulun çatacaqmı. Nəzərə alsaq ki, onlarda təhsil haqqından başqa hələ sığorta, yaşayış, qidalanma da var onda işlər daha da qəlizləşir. Yaşınızı bilmirəm ama əgər aşağı kursdasıssa Scholarship -le indidən maraqlanın və heç zaman həvəsdən düşməyin, bu işdə sadəcə məqsəd olmalıdır.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Xaricdə təhsil

Xaricdə təhsil üçün Universitet seçimi

Amerikada Təhsil

Xaricdə təhsil barədə məlumatı olanlar və yaxud da bir link

Komputer elmlerini xaricde oxumaq isteyirem