MilliÖN və E-Manat ödəmə terminallarında saytımı necə artıra bilərəm?

Mən indi Portmanat ödəniş sistemindən istifadə edirəm. Amma məndə ucuz məbləğlər ödənilmir. Böyük ödənişlər edilir. Portmanatda 10 faiz tutulur. Və buda böyük pul edir. Ona görə də E-Manat və ya MilliÖN ödəmə sistemlərindən birinə keçmək istəyirəm. Suallar: 1. MilliÖN hər ödənilən ödənişə görə neçə faizini özünə götürür? 2. E-Manat hər ödənilən ödənişə görə neçə faizini özünə götürür? 3. MilliÖN ödəmə sisteminə necə öz saytımı əlavə edə bilərəm? 4. E-Manat ödəmə sisteminə necə öz saytımı əlavə edə bilərəm? 5. MilliÖN ilə edilən ödəniş nə vaxt mənə nağd pul kimi çatacaq? (Məsələn bu gün ödəniş edildi sabahsı gün mən ödənişi götürə biləcəm? 6. E-Manat ilə edilən ödəniş nə vaxt mənə nağd pul kimi çatacaq? (Məsələn bu gün ödəniş edildi sabahsı gün mən ödənişi götürə biləcəm?

Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)

E. Hacı (2014-12-07 21:10:56)
Böyük məbləğlərdən söhbət gedirsə istər portmanat, istərsə də digərləri ilə fərdi danışıb anlaşmalısız. O halda sizə ayrıca güzəştli tarif təqdim edilər. Konkret sualları isə o şirkətlərin özünə ünvanlamaq daha yaxşı olar. Ödəniş sistemləri bank terminalı ilə işləyir adətən və sizin hesaba keçməsi 1-3 iş günü çəkir.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Ödəniş sistemlərinə necə şirkət (sayt) əlavə etmək olar ?

Portmanat APİ

Woocommerce portmant ödəniş modulu kim hazırlaya bilir

Terminaldan pul çəkmək olur?

Portmanat və faiz

Milliön pin kod