Əsasən pdf kitabları oxumaq üçün hansı e-readeri məsləhət görürsünüz?

Salam aleykum.Mən e-reader almaq istəyirəm. 3-4 gündü satlaral axtardım amma hələ bir qərara gəlməmişəm.Zənn edirəm ki Kindlelər pdf üçün rahat deyil. Amma əsasən pdf oxumaq üçün hazırlanan e-readerlər var. Belə görünür ki Sony, Bookeen Cybook Ocean,Kobo pdf üçün daha münasibdi. Bu məsələdə bizə yardım etmənizi xahiş edirik.Siz hansını məsləhət görürsünüz? http://goodereader.com/blog/electronic-readers/full-review-of-the-kobo-aura-h20

Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)

abdurrahman (2014-12-13 21:23:42)
Allah sizlərdən razı olsun qardaşlar.

Breathtaking (2014-12-09 10:37:59)
Software Developer, E-Book epub formatında olan kitabları daha yaxşı oxuyur ama elə kitablar var ki, onlar 200 - 300 səhifəlik PDF kitablardı və onları Epub-a çevirəndə həm keyifəyyət itir həmdə çox vaxt səhifənin qıraq hissəsi düşmədiyindən yazıların hamısını oxumaq olmur ona görədə məhz Kindle məsləhət görməzdim. Məsələn məndə olan e-book PDF-ni elədə ağır açmır, oxumaqda olur rahat şəkildə. abdurrahman, siz alarkən yaddaşına fikir verin, bu böyük rol oynayır birdə almamışdan qabaq youtubede malın tanıtım videoları olur onlara mütləq baxıb sonra qərar verin.

abdurrahman (2014-12-09 10:09:55)
Təşəkkürlər. Amma sizin təklif etdiyiniz baha olduğundan onu ala biləcəyimə inanmıram.Bəs Sony, Kobo məsləhət görürsünüz?

Software Developer (2014-12-09 09:59:36)
Kindle kitab oxumaq üçündür, PDF isə təyinatı etibarilə kompüter üçün nəzərdə tutulan ağır işləyən formatdır. Ona görə də Kindle-da faylları normal tipə çevirib oxumaq yaxşı olar. Yox əgər böyük formatı dəyişərkən içindəki qrafik cədvəl və ya nəsə itən bir pdf-dirsə, o halda Android ilə işləyən e-ink reader tapmaq lazımdır, ki istənilən pdf readeri yükləyb açmaq olsun.

Breathtaking (2014-12-09 09:36:36)
Kindle-de PDF-e heqiqetəndə ilişir, mən özüm Pocket 650 götürdüm, düzdü qiyməti bahadır (200 manat) ama ela işləyir və əsas od ki, mp3 dəstəklədiyinə görə audio dərsliklərədə qulaq asmaq olur.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Xperia z1 compact koda düşüb

Sony Xperia X dual necə telefondu?

Ubuntuya keçmək

Elektron pdf kitab satışı

pdf və flash faylı sayta yerləşdirmək

Pdf faylı convert