adsense bank

Axşamınız xeyr.Adsenseden yeniden qeydiyyatdan keçdim.Ödeme şeklini (BANK HEVALESİ) seçmek istəyirəm , Amma deyir ki , ödeme şeklini seçmek üçün ilk qazancınız 10 dollar olmalıdır. Bilmek istiyirem 10dollar qazansam Seçe bilecem??? (Hansı bank və kartı məsləhət görürsüz) ?? Önceden TEŞEKÜRLER

Verilmiş cavablar və yazılan şərhlər (12 cavab var)

E. Hacı (2014-12-09 09:50:32)
Bəli visa olar

emin_1 (2014-12-08 19:36:34)
Elektron visa kartım var bunnan ola bilərəm?

emin_1 (2014-12-08 19:35:25)
Ətrafli cavaba görə çox saqolun.sizinlə razıyam .dediyiniz kimi də eliyəcəm

E. Hacı (2014-12-08 17:06:52)
Bankdan plastik kart əldə edin Ebayda qeydiyyatdan keçin, Paypalda qeydiyyatdan keçin. Və kiçik və ucuz şeylər alaraq elektron yolla məhsul əldə etməyi real test edin. Sonra ebayda və digər kəşf edəcəyiniz xarici saytlarda çoxsaylı kateqoriyaları araşdırın, hansı mallar orda ucuzdur burda bahadır onları tapın. Daha sonra o malları yavaş yavaş burada gətirib kimlərəsə satmaq imkanını araşdırın. Sonra əgər başlaya bilsəz dost tanışa nəsə satmaq, ondan sonra facebook səhifə açıb o malların sifarişini orada reklam edərək qəbul edə bilərsiz. Sonra elektron mağaza saytı aça bilərsiz və beləliklə biznesiniz formalaşmış olar. Təbii ki bunlar hamısı birdən olan şeylər deyil, əziyyət və təcrübə formalaşması tələb edir. Amma edə bilənlər sizdən artıq deyil, sadəcə səbr və zəhmət lazımdır. Özünəinam isə vacib şeydir, o olmasa heç başlamağa dəyməz, zəhmət çəkin özünəinamı bərpa edin

emin_1 (2014-12-08 12:44:37)
Mene yol gosterin 1inci neyi öyrenim haziram? Axıra kimi de bu yolnan (elektron ticaret) gedim

emin_1 (2014-12-08 12:09:49)
Mentiqli cavaba göre çox saqolun Temiz çaşıb qaldım.Cavabınızdan aydın olur ki, hele bir sürü şey var öyrenmem gereken.Elektron ticaret... bu yolnan getmek istiyirem Niye? Bax bunu söznen ifade elemek mümkün deyil ,sadece heves İndi bunların hamsı ABC planıyla getmelidir.Amma men özüme inana bilmirem, bunu eliyim.Yeni ABC çetin prosesdir O bu sora......... temiz çaşqınam tekbaşıma .......nebilim .A.plana görə 1-inci lahiyə hazırlamağı öyrenmeliyem, Sonra BC . Cavabım Elektron ticaret

E. Hacı (2014-12-08 10:56:03)
Aha mən də məhz onu deyirəm ki, öncə informasiya alıb tam məliumatlı olub sonra yola çıxmaq lazımdır. Səbrsizlik, tələskənlik inkişafın düşmənidir. Gənclər eşidir ki, Google şirkətinin Adsense adında xidməti var, reklama görə sayt sahiblərinə pul verir, deyirlər a nə yaxşı, tez bir sayt açım adsense ilə pul alım. Ay qardaşlar, Google bəyəm uşaqdır, avamdır ki, hər istəyənə desin ki al ayda bu qədər pul verim sənə? Heç kimə 1 qəpik vermir boşuna. Səbəb və nəticəni qarışdırmamalıyıq. A. Layihəniz olmalıdır ki böyük trafiki olsun. B. Əgər saytınızın gəlir mexanizmi qaneedici deyilsə(banner,nəsə satmaq, pullu məqalə yazmaq və.s. və ilaxır o halda alternativ axtarmaq. C. Alternativlərdən biri kimi Adsense istifadə etmək sınamaq. Yəni düzgün ardıcıllıq ABC ardıcıllığıdır. Bizimkilərin çoxu isə BA ardıcıllığını seçir və təbii ki, vaxtı da boşa gedir, pul da gəlmir. Siz öncə müəyyənləşdirin ki, hansı sahəyə marağınız var. Pul harda varsa ora marağım var - bu perspektivi olmayan düşüncədir. Öncə düşünün görün elektron ticarətə daxildən həvəsiniz var, bəlkə hansısa ünsiyyət əyləncə platforması qurmağa ghəvəsiniz var, bəlkə proqramçı olmaq istəyirsiz sadəcə kimlərçünsə cürbəcür saytlar düzəldib əvəzində pul almağa və daim kod yazmağa həvəsiniz var və.s. Özünüzə dəqiq yolu seçin, niyə bu yolu seçməliyəm sualına cavab verin, sonra danışarıq.

emin_1 (2014-12-08 10:24:49)
E.hacı saytın yaradıcısı sizsiniz ve yazınızdan bildimki çox peşəkarsız.Cox şeylere el atmışam mes.Click bank baredə her cür türleri öyrendim, videolara baxdım , amma son nöqtede bildim ki, Click bank (ödeniş paypal ile olduğu üçün) Azerbaycanı desteklemir .Çox pis oldum eziyyetime heyfim geldi .Yeni bunu demek isteyirem: hardan başdıyım?, bir şey öyrenirsen ve axırda görüsen Azerbaycanda desteklenmir.Qısaca hardan başdıyım? (Ebay, vvebsite, bloq, youtube, amazon, )

emin_1 (2014-12-08 09:58:09)
Düzdür söz ola bilmez. İşimi düzgün qurmax istiyirem.. Boş vaxtlarımda(gün erzinde) youtube -ba 10-15 yeni, xeber videoları qoyum bu (Fasebookda gezmehdense) Sizinle razıyam

E. Hacı (2014-12-08 09:41:50)
Birinci yaradın, peşəkarlasin sonra trafikli sayt layihəsi haqda düşünün. Ən sonda da reklam. Əziyyətə heyfiniz gəlsin, indidən reklam filan maraqlanmayin ən azı bir il

emin_1 (2014-12-08 07:51:38)
Düzdür, amma men html, css yeni başlıyıram öyrenmeye sayt yaratmaq üçün. Zamanla düzeler inşallah.

E. Hacı (2014-12-08 07:43:10)
10$olsun, sonra görəcəksiz. Bank fərq etmir, hesab açmaq bes edir. Amma bele yanaşan istifadəçilərin əziyyətine heyfim gəlir. Bu yanaşma ilə adsenseden pul qazanmaq mümkün deyil. Adsenseden o adam qazanır ki hazır böyük trafikli saytı var video blogu var ona adsense qoşur. Yoxsa ki adsense açım sorna pul qazanaram onunla deməklə heç nə alınmaz. Başa düşün bi yolu çoxumuz keçmisik, elə bilməyin ki Google avamdır sizə pul verəcək ciddi trafikli saytınız olmadan.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

adsense kart ekleme

Adsense pin kod adresi kömək

Youtube və Adsense əlaqəsi

Adsense pul gəlmədi

Google Adsense Yeni

Google Adsense Çeki hansı bankda nağdlaşır