.COM domain-ni qeydiyyatdan keçirmək

Salam. Bir sualım olacaq, əslində bir ofisdə işləyirəm. Ofisin saytını yaratmaq mənə tapşırılıb. Və məndə .COM domaini ilə saytı yığacam. Amma özlərinin e-maili var, Həmən istədiyim domaində mailləri var. Və belə başa düşdümki həmən domaini qeydiyyatdan keçiriblər. Mən həmən domaini necə hər hansı bir hostinqə qoşa bilərəm? məsələn nethostinqdə saytı yığmaq istəyirəm.

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

Alparslan Məmmədli (2014-12-08 20:01:23)
Qoşa bilərsiz.Dizayn üçün sizə yardlmcı ola bilərəm.E.Hacının cavabından və ya googledə domaini hostinge aktrmaq və ya domaini hostinge birləşdirmək açarlarından ist. Edin

E. Hacı (2014-12-08 11:01:53)
Emaillər işləyirsə 99% ehtimalla hostinq də var. Siz maraqlanın kim alıb o vaxt domeni, kim qurub mailləri, onunla əlaqə saxlayın sizə desin ki hostinq və domenə giriş necədir. Yox əgər illah desələr ki hostinq yoxdur o halda: 1. Hosting alırsınız hər hansı şirkətdən. 2. Hostingin panelindən və ya dəstək xidmətindən o hostingə aid nameserverləri alırısz(2 ədəd olur adətən: ns1.filanhost.com, ns2.filanhost.com formatında.) 3. Domeni kim alıb ilk dəfə, onu öyrənirsiz müdirinizdən, həmin adamla əlaqə saxlayıb domenin idarəetməsini sizə verməsini istəyirsiz. O da sizə tutalım godaddy-də filan emai və parolla domeni idarə edə bilərsiz deyib sizə təhvil verir. 4. Domenin idarə panelində 2-ci bənddə yazılan 2 nameserveri quraşdırırsız(köhnəni silib yenisini yazaraq) 5. Yeni hostinqdə şirkət üçün emailləri yenidən yaradırsız. Çünki hostinq dəyişəndə o emaillər işləməyəcək çox güman ki.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Saytın ip ilə yönləndirilməsi problemi

Pulsuz .com domeni lazımdır