İngilis dili kursu

Salam. Bakıda demey olar ki minnen çox ingilis dili kursu var. Hamısı da özlerini reklam edir, amma bilmey olmur ki hansına inanmaq olar? Sizin bildiyiniz hansısa yaxşı kurs var? Xahiş edirəm fikirlerinizi bildirin.

Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)

Qachay (2021-05-28 01:17:22)
Bu kursa müraciət edə bilərsiniz. CELT Collages daxil 7 ildən çox təcrübə. 🇺🇸ABŞ - da "Magistr" təhsili. 💻 Online General English & IELTS hazırlığı. İnstagram: @englishwithgachay Link bir başa: ⬇️ https://instagram.com/englishwithgachay?utm_medium=copy_link

Ilham (2014-12-09 21:41:57)
Men ümumi ingilis dili kursu ile maraqlanıram. Qiymeti de nisbeten aşağı olsa yaxşı olar. Bunun üçün hansı kursa getsem daha yaxşı olar?

Breathtaking (2014-12-09 16:26:42)
Danışıq üçün getmək isdəyirsizsə GRBS,(nəzərə alın ki bahalıqdı orda) yox əgər İelts-ə hazırlaşmaq və ya beynəlxalq sertifikat üçün İelts plus kursu məsləhətlidir. İelts Plus ucuz və keyfiyyətinə görə məsləhət gördüm, büdcəniz imkan verirsə Fredin yanına gedin Caspian Plaza ikinci mərtəbədə oturur. İelts Plus kursu isə 28 mayın ikinci çıxışından çıxanda üzü Amerika səfirliyinə tərəf gedəndə yolun sol tərəfində Wagon mağazası ilə üzbə-üzdü.

Namazov Ismayil (2014-12-09 13:36:47)
Mənədə lazım idi. mən ən əsas danışıq kursuna getmək istəyərdim ama bilmədim hansı yaxşıdır.

Breathtaking (2014-12-09 09:32:24)
Kursa getməkdə məqsədiniz nədir, normal danışıq dilini öyrənmək, hər hansı bir imtahana hazırlaşmaq yoxsa hər hansı bir beynəlxalq sertifikata yiyələnmək?