Youtube videolardakı baxış sayı programı

Keçən dəfə sual vermişdim ki,ok.ru da paylaşılan video youtua baxış sayına yazılırmı.Sağ olsunlar sualı cavablandırdılar dedilərki paylaşanda yazılır, birbaşa ok.ru ya yüklənəndə yox.Məndə youtubdakı videoları paylaşıram amma məsələn youtubdakı baxış sayı 50-di amma okşru baxış sayı 200 dən çoxdu. Əl qərəz mən necə edə bilərəm ki, youtubdakı videoların birbaşa keçid linkini qoyum, yəni videoya tiklayan kimi avtomatik video youtubda göstərilsin.Təşəkkürlər

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

Software Developer (2014-12-09 10:02:05)
Məsələ ondadır ki, ok.ru baxış sayına görə kiməsə nəsə vermir deyə çox səthi qoyur sayğacı, tutalım bir nəfər dalbadaı 2 dəfə baxsa 2 dəfə sayır, və ya azca baxıb bağlasa yenə sayır. Youtube isə baxış sayı əsasında reklam-gəlir modeli formalaşdırıb deyə bu barədə sərt alqoritmə malikdir. Həm eyni adamın dalbadal baxması, həm də yarımçıx baxmalar nəzərə alınmır. Fərq də burdan yaranır.

Kohne_Dinick (2014-12-08 22:06:02)
Salam. Beli youtuba yuklediyiniz videonu odnaklasnikde paylassaz baxis sayi videoya baxdiqca artacaq. Lakin birbasa ok.ru saytina yuklesez onda xeyr. Cunki bu videonun youtubede qeydiyyati yoxdur.

macid (2014-12-08 17:47:09)
Xahiş edirəm imakn daxilində suala cavab verin