Samsung Galaxy S3 Android L yenilənməsi

Salam galaxy s3-ə android L gəlməsi mümkündü? yəni 4.3 dən 5.0-a keçirdərlər yoxsa səhv məlumatdır. Bu saytda yenilənmə hansı telefonlara gələcək yazılıb. və arasında S3də var

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

Software Developer (2014-12-10 13:14:54)
Siyahıdan silinir bəlkə də o mənada dedi ki dəstək siyahısından silinir. Bu halda doğrudur. Telefonun istehsalından 1.5 il(bəzi istehsalçılarda 2 il, Apple-da isə 3 il, çünki Apple az model buraxır deyə resursu çatır 3 ilə qədər) keçəndən sonra dəstək siyahısından silinir. Və ona aid yeni heç nə buraxılmır daha. Çünki bu dövrdə yeni modellər çıxır deyə artıq diqqəti ona ayırırlar. S3 1 RAM və normal prosessoru ilə Android 5.0 ilə əla işləyər, sadəcə Samsung dəstək vermir.

Namazov Ismayil (2014-12-09 17:03:16)
Kohne_Dinick telefonlar siyahıdan silinmir sadəcə uyğun görmədikləri üçün ola bilər. S3 1 gb ramla 4.3-də azda olsa ilişir. Ama 5.0 geçsə yəqinki işləməsində problem yaranacaq ona görə ola bilər gəlməsin. s3 heç kitkata gecmədi məndə inanmıram birdən Android L-ə keçirtsinlər.

Kohne_Dinick (2014-12-09 16:14:07)
Mence inandirici deyil. Cunki bu model 2012 istehsalidir. Bir qeder kohne model olduguna gore bu tel ucun ilk versiya 4.1.2 olub sonradan 4.2.2 ve 4.3.2 versiyalarina yenileme gelmesine baxmayaraq 4.4.2 gelmiyib. Cunki artiq bu modelin istehsali zeifliyir ve siyahidan silinib.

Software Developer (2014-12-09 09:52:24)
Qətiyyən inandırıcı deyil. 4.4.4. olmasa 5.0 da olammaz. Bu haqda rəsmi məlumat da yoxdur. Yəqin ki o saytda səhv düşüb. Etibarlı mənbələr isə deyir ki S4, S5, Note 2,3,4 alacaq 5.0 update. Və yəqin ki Galaxy Alpha

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Samsung Galaxy s3 Koreya versiyası

Samsung Galaxy S3 telefonunda Vhatsapp mesaj arxivi

Galaxy s3 nömrə

samsung galaxy s3 ekranı çatladı

Məsləhətli kernel

Aliexpressdən Samsung S3 ucun batareya(akkumlyator)