Access Bank – Visa card

Salam. İki il bundan qabaq Acces bankdan visa classic card almışdım, kartı 1 il təqribən işlədəndən sonra bir gün bankomatda kodu yığanda yazdı ki, kod yalnışdır. Sonra cart bloka düşdü. Kodu götürüb getdim banka və bankın nümayəndəsi də həqiqətən gördü ki, kod karta məxsus kod olsa da artıq kart həmən kodu qəbul etmir.8 manat ödəyib yeni visa Classic sifariş verdim. 1 il artıq bu yeni kartı işlədirdim dünəndə kodu yığanda yazdı ki, kod yalnışdır. Getdim yenə banka və məhz keçən dəfəki problemi danışdığım bankda işləyən xanımı tapdım və başa saldım ki, yenə həmən problem təkrarlanır. Dedi vAllah inanılası deyil kartın hər dəfə kodu qəbul etməməyi, indi yenə deyir 8 manat ödə dublikatını çıxardaq. Mənə maraqlıdı kart niyə o kodu qəbul eləməsin? Kod karta məxsusdur və kodun yazıldığı kağızda kartın nömrəsidə yazılıb, yəni şübhəsiz kod karta məxsusdur.

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

E. Hacı (2014-12-11 17:31:48)
Bu tip işlərdə Bank Respublika ən məsləhətlidir. 7 ildir istifadə edirəm, N qədər dost-tanış istifadə edir heç kimin də şikayəti yoxdur. Üstəlik Azericarda qoşuludur deyə tam mobil bankingi var pulsuz. Bütün əməliyyatları bir app ilə etmək olur(köçürmə,blok etmə, kommunal ödənişlər, başqa hesaba pul, balans yoxlama,mobil telefon ödənişləri və.s.)

Breathtaking (2014-12-11 17:09:33)
Elvin bəy kart aktiv olub həmişə (istifadə olunub), başqa bank məsələn hansı bankı məsləhət görərdiz? Bank of Baku, Mugam bank kimi banklar da istəmirəm, beynəlxalq aləmdə azda olsa tanınan normal bankımız elə Access-di birdə biraz Silk Way.

E. Hacı (2014-12-11 16:37:12)
Yəqin ki, bu bankın daxili problemidir, hansısa müddət istifadə edilməyən kart özləri də bilmədən bloka düşür ya nəsə, başqa bankda hesab açın məsələ həll olsun.