Google Adsense alternativləri

Hər kəsə salam. Toxunacağım mövzu yəgin ki, hər kəsin (sayt sahiblərinin) marağında olacaq. Yaydan bəri Google Adsense gəlirləri nəzərə çarpacaq dərəcədə azaldı. Mövsümü əlaqələndirsələr də vəziyyət düzəlmək əvəzinə daha da pisləşir. Ona görə alternativlər axtarmaq zəruriyyəti yarandı. Sahib olduğun saytlardan biri üzərində müxtəlif ads servislərini test etdim. 1. Media.net - saytı təsdiqləmədi. Səbəb kimi US, Canada, UK-dan trafikin olmadığını göstərdi. 2. BidVertiser.com - saytı təsdiqlədi. Nəticələr ürəkaçan olmadı 1 gün üçün: Impressions: 14909 Revenue Points: 76 Revenue: 0.08$ ( Adsense ilə müqayisədə 100 dəfə az nəticə) 3. teasermedia.net - Bugundən istifadə etməyə başladım. Nəticələrini yazacam. Siz də sınaqdan çıxartdığınız servis barədə yazsaz hər kəsə faydası dəymiş olar. Təşəkkürlər.

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

Jurnalist (2014-12-11 17:54:06)
Bidvertiser əsasən USA trafikini dəyərləndirir...

E. Hacı (2014-12-11 11:07:27)
http://cavablar.net/2014/08/09/adsensey%C9%99-alternatif-sayt/ Yeni yerli saytlar da peyda olub, məsələn yayimla.az Ümumən isə Adsense-ə layiqli alternativ yoxdur. Ən yaxşısı aylıq impressionu 1 milyon filan edib yerli reklam agentlikləri ilə əlaqə saxlayın ki banner versinlər.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Adsense və Azərbaycanca sayt

Google adsense.

Adsensedәn pulu necә götürәk?Hansı bankda kart açaq?

kapital bankdan rekvizitləri və Adsense

Adsense Youtube

Adsense və internet trafiki