“Amazon”dan Azərbaycana göndərilən məhsullar haqqında

Salam. "Amazon"dan Azərbaycana birbaşa göndərilən məhsullar hansılardır?... Cavabınız üçün öncədən təşəkkürlər!

Verilmiş cavablar və yazılan şərhlər (6 cavab var)

Jurnalist (2015-01-24 21:56:59)
Elvin bəy, qeyd etdiyim linkləri incələdinizmi? Həqiqətən, Azərbaycana birbaşa shipping varmı?... Bir də bildiyimə görə, "Amazon"dan kitab,CD və s. almısınız. Bəs, bu məhsullar Azərbaycana neçə gündə çatdırılır və əlavə shipping məsrəfləri olurmu?...

Jurnalist (2014-12-28 18:09:23)
"Amazon"dan hələlik heç nə almamışam. Amma, “Eligible for shipping to Azerbaijan” ifadəsi qeyd olunan bəzi məhsulların linklərini aşağıda qeyd etmişəm. Məhsulların əksəriyyətində həmçinin, "Ships from and sold by Amazon.com" qeydi də yer alıb. İstərsəniz, incələyib, fikir bildirə bilərsiniz... Televizorlar Kameralar ve foto avadanlığı Telefon ve aksesuarlar

E. Hacı (2014-12-25 10:51:42)
Mən Amazondan 100-dən çox mal almışam, hələ o söz yazılan görməmişəm :) Amma varsa ucuzunu cəhd edin, bəlkə xüsusi hallarda var biz bilmirik sadəcə. Həm də ehtimalıma görə elə olsa belə satıcı Amazon yox, 3rd party seller olar. Bildiyiniz kimi Amazon-da 3 tip satış mövcuddur: Amazonun özü satır mal amazonundur, Amazon özü satır amma malın yiyəsi başqasıdır, Malı başqası satır. Məncə siz deyənlər varsa da 3-cü variantdır

Jurnalist (2014-12-24 23:27:29)
Elvin bəy, axı çox sayda müxtəlif kateqoriya üzrə olan məhsullarda da məhsul başlığının altında "Eligible for shipping to Azerbaijan" ifadəsi görünür. Göndərilmirsə, bu ifadə nədən qeyd edilsinki?...

E. Hacı (2014-12-23 11:43:24)
Disklər, kitablar.

Jurnalist (2014-12-23 02:04:15)
Sual silinə bilər...

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

‘Billing Address’ nədir?

İnternetdən məhsul almaq

Camexlə 1000$ üstü əşya gətirmək

Amazon cloud haqqında

Gömrük 36% ödənişi

Amazonla bağlı sual