Telefon mağazası açmaq üçün…

Telefon mağazası açmaq üçün nə lazımdır? Misal üçün şəhərdə N qədər telefon mağazaları var. Əsas maraqlandıran sualları yazım. 1. Telefonlar haradan gətirilir? 2. Hansı üsul ilə gətirilir? 3. Telefonu satarkən həmin telefonu alıcının adına necə qeyd edirlər? Xaricdən sifariş verdikdə gərək alıcı özü gedib qeydiyyatdan keçirsin. Bəs mağazadan alarkən bu proses necə baş verir?

Verilmiş cavablar və yazılan şərhlər (6 cavab var)

Kamiko (2014-12-14 18:46:24)
Minnetdaram

E. Hacı (2014-12-14 18:44:39)
1. Caspian mobile şirkəti. Yaxınlaşın öyrənin. 2. Axı yuxarıda izah elədim. Mağazaya qeydiyyata salır, sonra da alıcıya satanda özü qeyd aparır ki kimə satdi. Vəssalam da. Deməli telefon kimə qismət oldu o barədə sənədli məlumat oldu. Necə ki siz özünüz qeyd edəndən sonra kiməsə satanda həmin adam yenidən qeydiyyat etmir, bu da elə

Kamiko (2014-12-14 17:31:29)
Hüquqi olunmalıdır aydın məsələdir amma əvvəlcədən distryubutorlarla danışıb şərtləri öyrənmədən şirkət qeyd etmək istəmərəm. Əvvəlcədən yaxşı analiz etmək lazımdır. Bir məqam qaranlıq qaıdl. Satıcı sənədlərimi qeydiyyata alır o aydındır amma alıcı adına qeyd etmək üçün alıcı özü sənıdlə yaxınlaşmalıdır müəyyən yerlərə (poçt və ya mobil operator ofisləri). Bəs tutalım satıcı öz adına qeyd etdi. Sabah telefonla əlaqədar nə isə problem çıxanda (oğurlansa və ya həmin tel ilə nə ise qanunsuzluğa yol verilsə) onda uje tel kimin adınadırsa onun başı ağrayacaq axı ona görə də inanmıram ki satıcı öz adına qeyd etsin.

E. Hacı (2014-12-14 16:57:28)
Satıcı sizə satarkən sənədlə sizi qeydiyyata alır zatən. Əsas məqsəd də odur ki, ölkə daxilində hər telefon kiminsə adına olsun. Qaldı toplu alış, distributorla əlaqə, bu işlə hüquqi məşğul olmalısız artıq, ciddi işlərdir bunlar. Ən birincisi hüquqi şəxs MMC açmalısız vergilər nazirliyində. Sonra da mühasibat işlərii və.s. qaydaya salıb, kassa mədaxil çekləri əldə edib işə başlamaq. Yəni bir sualda cavab ilə demək olmaz bu qədər şeyləri. Bu konkret şirkət qurmaq və biznes yaratmaq işidir. İstənilən hüquq məsləhətxanasına yaxınlaşa bilərsiz sənəd prosedurlarını öyrənmək üçün, və ya şirkəti olan hansısa dost tanışa deyə bilərsiz izah etsin

Kamiko (2014-12-14 15:43:57)
Satıcı necə qeydiyyatdan keçirir axı telefon alıcının adına qeyd olunmalıdır. Dubaydan dənə-dənə mən də gətirə bilərəm amma belə istəmirəm. Toplu şəkildə alış etmək üçün nə etmək lazımdır? Və distrübutorlar dediniz. Bakıda olan telefon və komöyuter distribütoru tanıyırsınızsa elaqə nömrələri və ya rəsmi saytlarını yazsanız minnətdar olardım.

E. Hacı (2014-12-14 12:41:43)
1. Dubaydan 2. Hər marka üzrə rəsmi distribütorlar gətirir və paylaşdırır burada mağazalara(az sayda özü gətirənlər də var) 3. Bəzi modelləri satıcı satmadan öncə aparır qeyiyyatdan keçirir satmadan öncə. Birinə 20 qəpik verir nazirliyə.(Adi alıcılar isə 5 azn ödəməlidir məlum) Bəzilərini isə distribütor özü həll edir deyə satan heç nə etmir. Dəqiq bilmirəm nə qədərini hansı üsulla edirlər, amma belə olur.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Telefon bateriyaları

smartfonda azərbaycan hərfləri ilə necə yazaq?

Telefon barədə

Telefonumda Nasazlıq Yarandı

android versiyasını qaldırmaq

2 eded telefon Sifariş versəm vergiye celb ederler?