Yeni layihə (sayt) üçün ideyalarınız

Bü günə kimi mobil saytlarla məşğul olmuşam amma bu aralar web sayt açmaq istəyirəm. Amma hansı mövzuda sayt açacağım barəsində qərarsızam. Bu mövzuda fikirəriniz maraqlı olardı. Sizcə Aznetdə nə tip bir sayta ehtiyac var?

Verilmiş cavablar və yazılan şərhlər (11 cavab var)

efsanee. (2014-12-16 00:03:44)
Məncə də elektron dərsliklər olsa super olardı, məncə ehtiyac var

Kamiko (2014-12-15 12:46:23)
Oxumusam. Fikriniz üçün tesekkür.

E. Hacı (2014-12-15 12:44:24)
500 və ya 50 startup ideas axtarın, internetdə doludur ideyalar. Təbii ki, əməli işə keçmədikcə sadəcə ideyadan heç nə çıxmaz. Zəif ideyadan böyük proyektlər də doğa bilər(məsələn Twitter), güclü ideyadan da sıfır məhsul doğa bilər.

Kamiko (2014-12-15 12:37:22)
Facebookun ogurluq ideya oldugunu bilirem amma bunun movzuya dexli yoxdur. Men heç kime demirem ki milyonlar qazanmaga perspektivli ideyanizi mene deyin. Aydin meseledir ki bunu heç kim etmez. Amma mene fikirler maraqlidir lap evvelde de yazdigim kimi. Sizce aznetde ne tip bir layiheye ehtiyyac var? Orada yazmamisam ki ne tip saytlar pul qazanir ve ya hansi perspektivli ideyaniz var:). Fikriniz üçün tesekkürler.

Breathtaking (2014-12-15 12:30:42)
Gələcəkdə sənə maliyyə cəhətdən uğur gətirəcək hər hansı bir ideya üçün lap vəsait çatışmasa da belə hansı yollasa o, pulu tapıb o proekti həyata keçirmək olar. Deməli vəsait bəhanə olur bu məsələdə, marağa qalanda isə söhbət pul qazanmağa qalanda bu işdə hamının marağı öndə olur :) Məni kimsə məcbur etmədi bura fikrimi yazmağa sadəcə qarşı tərəfə (sizə) sual verdim, qısa araşdırsaz internetdən görərsiz ki, facebook kimi sosial şəbəkənin özü oğurluq ideyadı. İndi Zuckerberg milyonlar qazanır kiminsə ideyasının hesabına. İdeya deməzdim sadəcə kiçik məsləhət olsa deyərdim forum açasız, ancaq elə bir şey açın ki, orada xarici vətəndaşlar və bizimkilər birlikdə ünsüyyət tapa bilsin. Nəzərə alsaq ki, bu dəqiqə english dili öyrənmək isdəyəndə çoxdur. Ancaq saytda skyipe kimi birbaşa online visual əlaqə mümkün olsun.

Kamiko (2014-12-15 12:08:30)
Eleleri var ki ideyasi var amma reallasdirmaq ucun ya vaxti ya bacarigi ya hevesi çatmir. Shexsen menim reallasdirmaq ucun elimde vesait olmayan ya da sadece maragim olmayan ideyam olsa paylasmamaq üçün heç bir sebebim olmaz bu birinci sebeb. Ikincisi xaricde deyilik amma olsaq bele orada da hami fikrini pulla paylasmir:). Ucuncusu men sadece sual yazmisam. Kim istese cavab yazsin kim istemese yan keçsin. Heç kim mecbur deyil fikir paylasmaga.

Breathtaking (2014-12-15 11:51:20)
Kamiko, xaricdə insanlar öz dəyərli ideyalarını külli miqdarda pulun qarşılığında satırlar, sizcə indi kimsə öz mükəmməl ideyasını sizin reallaşdırmağınızı istəyərmi?!

Azerbaycan (2014-12-14 20:59:51)
Meselen men istifadeci kimi isteyerem ele bir sayt olsunki orada butun mekteb kitablari,uni kitablarinin coxu elektron variantda olsun mende girim onlari oxuya bilim bele bir sayt yaratmaq olar amma cox maddi vesait teleb edir.

Kamiko (2014-12-14 18:38:03)
Pirat? Yox e doludu ele sayt. Men heqiqeten faydali bir resurs isteyirem.

xeyal.ibrahimov40 (2014-12-14 18:33:34)
Mence mahni sayti indi ele seyler yaxsidi

Azerbaycan (2014-12-14 12:17:50)
Salam siz tapsaz mənədə xəbər elyərsiz :)