Noudbuku batareyasız, yalnız adaptorla işlətmək

Salam Mənə verilən bir məlumatı aydınlaşdırmaqda mənə yardımçı olarsanız, minnətdar olaram. Deməli, yaxınlarda bir nəfər mənə əgər noudbukumun batareyasını çox enerjidə saxlayıb xarab etmək istəmirəmsə, batareyanı noudbukdan ayırıb noudbuku yalnız adaptorda saxlamaqla işimi asanlaşdıra biləcəyimi demişdi. Bu cür edərsəm, noudbuka hər hansısa bir ziyanı olarmı? Noudbuku batareyasız, yalnız adaptorda saxlayıb oyun oynasam, filmə baxsam, etdiyimin nə kimi mənfi cəhətləri var? Öncədən təşəkkürlər!

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

Kohne_Dinick (2014-12-17 21:26:50)
Salam mence duzgun deyil. Noutbuk cox zaryatkada qalarsa texminen 1 saat zerersizdir. Lakin 1 saatdan cox enerjiye qosulu qaldiqda batareyanin qizmasina, ve enerjini daha az saxlamasina, eger daha cox zaryatada qalarsa kompun program teminatinin zedelenmesi ve en sonda kompun blokunu yandira biler ona gore meslehet deyil.

Cabbarov Sübhan (2014-12-17 10:56:53)
Əvvəlcə deyim ki noutbukun bateriysı enerjini tam yığdıqdan sonra artıq enerji qəbul etmir yəni özü avtomatik saxlayır. Sizin suala gəldikdə isə heç bir ziyanı yoxdu baterikasız toka qoşaraq işlətmək olar. Ancaq ışıq keçərsə noutbukda olan işləriniz yarımçıq qala bilər. Birdə bu hal çox olarsa prosessora də təsir edə bilər, çünki noutbukun birdən-birə sönməsi yaxşı deyil

Software Developer (2014-12-17 10:56:41)
Belə xırda şeylərə qəti fikir verməyin, normal işlədin laptopu necə almısızsa. Batareyanı çıxarıb birbaşa cərəyandan işlətsəz, konpüterin zərər görmə ehtimalı daha da artar. Qəfil elektrk sıçraması nəsə edə bilər və yaxud qəfil işığın sönməsi məlumat itkisinə, proqram təminatı zədələnməsinə gətirə bilər və.s. Kompüteri nə qədər çox işlətsəz, batareya da bir o qədər ömrü qısalar bu məlum məsələ - amma onu işlətməkçün almısız da, hər əşya gec tez xarab olur. Optimal istifadə belədir: Çalışın bütün günü zaryadkada saxlamayın kompüteri, arabir batareyanı da işlədin boşalsın(15-20%-də yenidən cərəyanı qoşun)

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Noutbukda Görüntü Donmaları

Noutbukun tozunu təmizləmək

NOUDBUKUN ENERJİSİ