Salam.Mən telefondan necə wi-fi ötürücü kimi istifadə edə bilərəm? Wi-fi siqnalı qəbul edirəm internetə problemsiz girə bilirəm,lakin bu siqnalı bir az uzaq məsafəyə ötürmək üçün telefonda “Portable wi-fi hotspot” aktiv etsəmdə telefonuma qoşulan digər qurğuda internet bağlantısı alınmır.Lakin Bakcell-dən aldığım interneti “Portable wi-fi hotspot” aktiv etməklə digər telefona və ya noutbooka problemsiz ötürə bilirəm və həmin qurğular vasitəsilə internetə qoşula bilirəm.Əgər telefondan wi-fi siqnalı ötürücü kimi istifadə etmək mümkün deyilsə,onda xahiş edirəm digər ən optimal variantı məsləhət görəsiniz.Əgər belə qurğu varsa ən ucuz variantı hansıdır və haradan almaq olar? Məsələn:Qonşu mənə öz wi-fi siqnalından istifadə hüququ verib, siqnal evin eyvanında tutsa da ,lakin otaqlarda zəif olur.Mənə bu siqnalı otaqlara ötürməyə imkan verən qurğu lazımdır.Məhz bu problemin həlli üçün Sizin köməyinizə ehtiyacım var.Kömək edə biləcək hər kəsə öncədən minnətdarlığımı bildirirəm.
Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)
0
Telefonda hotspot və wifi ikisini eyni anda işlətmək olmur. Şəbəkə internetini wifi ilə ötürə bilərsiz. Ama wifi internetini təkrar wifi ilə ötürmək olmur
Sual verin
Cavab verin