İphone Radio

Salam, Bildiyimiz kimi İphone telefonlarında Radio olmur. Bilmək isdəyirəm necə eləmək olar telefonda Radioya qulaq asım ancaq İNTERNETSİZ. Yəni girib marketdən hər hansı proqramı yazıb internet vasitəsilə qulaq asmaq yox, adi telefonlarda olduğu kimi radioya internetsiz qulaq asmaq.


Yadda saxlama
Kateqoriya: Sual . . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)

(09:17, 19/12/2014 ) #50825

İnternetsiz radioya qulaq asmaq üçün normal smartfon işlətmək lazımdır 🙂
Apple istifadəçiləri yox, yalnız özünü düşündüyündən və istifadəçiləri də fanatiklik hesabına öz istəklərinə bağladığından belə sadə şeyləri qoşmur aparatlarına. Çünki ona lazımdır ki siz musiqiyə pul verəsiz, radioda qulaq asmayasız. Bluetooth kimi ən sadə texnologiyanı qoyub, amma yalnız qulaqcıq və devicelarına connect üçün, file transfer üçün yox, çünki birdən nəsə mahnı zad köçürərsiz yayarsız bluetoothla(yəni mahnını niyə bluetoothla köçürəsən alasan ki, hazır pul ver mən verim də sənə prinsipi). Və ya NFC kimi ən sadə texnologiyanı qoşub, amma yalnız applepay üçün, cihazlar arası sürətli bağlantı üçün yox.
Radio isə yalnız radiodur deyə, ondan pul qopara bilməyəcək deyə qoşmayıb. Ona görə də ya tam smart olan aparat işlədin, ya da internet appla qoşulun.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (09:26, 19/12/2014 ) #50828

    Görürəm sizində mənim kimi İphona qarşı allergiyanız var 🙂 3 aylıq işlədəcəm ondan çox yox, sadəcə bilmək isdəyirəm bunun xüsusiyyəti nədi, üsdünlüyü nədir ki, dünya əhalisi “iphone sindromi”-dan əziyyət çəkir. Belə deyək, dəhşətli dərəcədə ucuz başa gəldiyinə görə və ən əsasıda tanışlıq məqsədilə almışam 🙂

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (09:42, 19/12/2014 ) #50830

      Allergiya deməzdim, amma antipatiyam var bəli. 🙂
      Apple çox ağıllı adamlar tərəfindən idarə olunduğundan kütləni necə ələ almaq olar yaxşı bilirlər. Bütün strategiyaları, qiymət siyasəti, marketingi eyni şeyə yönəlib: insanların bir qisminə(nisbətən kiçik kütləyə) digər qismindən(nisbətən böyük kütlədən) daha varlı, üst sinfə məxsus olmasını istifadə etdiyi əşya ilə göstərmək imkanı yaradır və bu nisbətən kiçik kütlə də həvəslə bundan yararlanaraq özlərinin daha üst sinfə malik olduqlarını nümayiş etdirirlər. Təbii ki, bu zaman nisbətən böyük kütlədən olanlar da tapılır ki, istəyir ki, başqaları onu daha üst sinifdə hesab etsin, və gedir kreditlə iphone alır 🙂
      Amma hər iki tip insanlar fərqində olmurlar ki, fərqlənmək istədikləri, üstün görünmək istədikləri vaxtda eyni zamanda qandırılmış olurlar və ən əsası məhz KÜTLƏ kimi idarə olunurlar.

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (09:56, 19/12/2014 ) #50831

    Açığı desəm mənim fikirlərimi olduğu kimi yazdız 🙂 Bu telefonu ebay-dan auksiyondan 230 manata udmuşdum, almaseydim günah olardı 🙂 Bu dəqiqədə 350 manata isdəyən var, sadəcə deyirəm biraz işlədim sonra sataram.
    Mənim üçün telefon Nexus 6-dı, sadəcə özüm USA gedəsiyəm, elə getmişkən ordan alaram yoxsa gətirsəm çox baha çıxacaq.
    Birdə İphone-da xoşuma gələn bir neçə şey var ki, həqiqətən şəxsən başqa telefonlardan onu fərqləndirir. Telefonda olan həssaslıq başqa telefonlara nisbətən daha çoxdur, çəkilişi 8 mp olsada, çəkilmiş şəkilə kompda baxanda digər telefonlarla çəkilmiş şəkildən daha keyfiyyətli görsənir, birdə donmaqdı,ilişməkdi belə şeylər qətiyyən yoxdu. Məhz qəribəsidə odur ki, Sony Z2 o cür göstəricilərlə ilişdiyi halda bu telefonlarda donmaq söhbəti ola bilməz.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (10:03, 19/12/2014 ) #50833

      Ən çox donma, ilişmə, sönmə elə məhz iphone-larda olur, sadəcə baha alanlar bunu boynuna almaq istəmir, uduzmuş kimi görsənməsin deyə, əyani şahidi çox olmuşam bunun.
      Düzdür demək olar heç vaxt son versiyada olmur bu, daim bir model köhnələrdə olur. Mənim 2 tanışım eyni ayın içində iphone 5-in donmasından bezərək nexus 5 aldılar (keçən il, 5s çıxandan sonra), indi də eyni tarix təkrar olur, 6 çıxıb, 5s ios8 ilə çox pis işləyir. Hətta bunu da qəsdən etdiklərinə dair iddialar çoxdur,təzə smartfon almağa təşviq edirlər.
      Z2-nin donmasını ilk dəfə sizdən eşidirəm, mən özüm öz vaxtında kiçik ölçülü yeganə high-end smartfon olduğuna görə Z1 Compact işlədirəm 1 ilə yaxındır, nəinki donmaq, ümumiyyətlə hər hansı bir lag olmasını heç vaxt heç zaman görməmişəm. Z2 və Z3 haqda isə ancaq müsbət şeylər eşitmişəm.
      Touch həssaslığa gəldikdə isə bu ayardır sadəcə, hər hansı üstünlük deyil. Bəzi custom androidlərdə bu ayar ilə oynama imkanı verilir.
      Qaldı kameraya, apple-ın öz kamerası yoxdur, elə sony linzalarından filan istifadə edir, sadəcə image procesing-i yaxşıdır düzdür. Yəni Sony-nin 20 mp-lik kamerası yenə eyni Sony-in iphone-dakı 8 mpx kamerasından zəif şəkil çəkir, bu həqiqətdir. Processing işində Apple yaxşıdır. Amma ən yaxşı o çəkir demək olmaz, şəkil işində Samsung liderdir (hər il youtube-da battle-lar keçirilir profesional fotoqraf,dizaynerlər tərəfindən, həmişə Samsung 1ci olur)

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

Cənab cavab verdi - Azərbaycandakı supermarket kassalarında işlədilən proqram (20 saat əvvəl)

E. Hacı cavab verdi - Proqramlaşdırma - fəlsəfə (1 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (3 gün əvvəl)

Cənab cavab verdi - kurs diplomu ilə işləyə bilərəm? (3 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (6 gün əvvəl)

E. Hacı cavab verdi - Proqramlaşdırma - fəlsəfə (6 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (7 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (8 gün əvvəl)

E. Hacı cavab verdi - Proqramlaşdırma - fəlsəfə (8 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (10 gün əvvəl)

Aysu2009 cavab verdi - Azərbaycan əsgər mahnısının sözlərini ingilis dilinə tərcümə etmək (10 gün əvvəl)

Aysu2009 cavab verdi - Atestat almaq üçün ne etmeliyem? (10 gün əvvəl)

Aysu2009 cavab verdi - Azərbaycan əsgər mahnısının sözlərini ingilis dilinə tərcümə etmək (10 gün əvvəl)

Software Developer cavab verdi - Xamaya başqa nə deyirlər? 6 hərflidir (15 gün əvvəl)

Erol34 cavab verdi - Xamaya başqa nə deyirlər? 6 hərflidir (16 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 608 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23295 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024