Wi fi ötürücü qurğu

Salam. Məsələn:Qonşu mənə öz wi-fi siqnalından istifadə hüququ verib, siqnal evin eyvanında tutsa da ,lakin otaqlarda zəif olur.Mənə bu siqnalı otaqlara ötürməyə imkan verən qurğu lazımdır.Məhz bu problemin həlli üçün Sizin köməyinizə ehtiyacım var.Kömək edə biləcək hər kəsə öncədən minnətdarlığımı bildirirəm.

Verilmiş cavablar və yazılan şərhlər (10 cavab var)

asan xidmet (2015-01-25 15:22:22)
salam en yaxsisi menzil genisleden qurgudur mes tp link TL-WA850RE wifi kodunu yaz o tekrarlayib mesefe uzatsin

Ruslan Butdayev (2014-12-20 21:31:56)
Yox. yene deyirem repeater source kanali deyishdikce gerek kanal ona uygunlashdirilsin ve restart olunsun. optimal variant anntenadir.

Anar (2014-12-19 21:53:02)
Wi-fi repeater buna imkan verməyəcək ki? Antenna daha uyğun seçimdir sizcə?Ya ikisi də eynidir?

Sabir_Azeri (2014-12-19 19:13:48)
sen antenani alib ozun ona vere bilersen, mence deyismek elede cetin bisey deyil.

Anar (2014-12-19 16:40:22)
Mən axı qonşunun wi fi siqnalından istifadə edirəm,ona deyə bilmərəm axı antennanı dəyiş))))Sağ olsun icazə verir istifadəyə,məncə ən uyğun variant wi fi repeater-i eyvana qoyub,otaqlara siqnalı ötürməkdir))Ümid edirəm,bu qurğu buna imkan verəcək.

Ruslan Butdayev (2014-12-19 16:17:24)
wifi repeater ile de hell ede bilersiz. Ancaq repeater kanal deyishdikce yeniden konfiq. olunmalidir. Hell yolu antenna ola biler. Guclu (mes. 7dBi) bir antenna ile siqnali artira bilersiniz. P.S. sohbet source wifi a qoyulacaq antennadan gedir. cip mip yox.

Anar (2014-12-19 15:43:04)
Wi fi repeater quğusu həll yolu ola bilər?

Sabir_Azeri (2014-12-18 17:20:06)
Xahiş edirem eyni bir sualı ard-arda paylaşmayın. 4-5 sual bundan evvelde paylaşılmışdı.

Breathtaking (2014-12-18 17:18:23)
Lap dostum yadıma düşdü :) Oda sizin aqibəti yaşayır sadəcə fərqli şəkildə, onda qonşunun Wi-Fi ancaq ayaqyolunda tutur, oda girir ora saatlarla çıxmır. Evdekilerdə deyir buna nə olub belə görəsən :) Elə bir qurğu yoxdu axtarmayın, oda axtarmışdı, balaca bir çip vermişdilər ona guya Wi-Fi-yin əhatə dairəsini genişləndirir. Qoşdular həmən çipi qonşunun wi-fi-na heç bir effektdə olmadı.

Sabir_Azeri (2014-12-18 17:15:24)
Modemden bir kabel getirin, AP alıb ona salın

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

WiFi parolunu dəyişmək

Kəndə necə telefon xətti çəktirmək olar?

WIFI parolunu dəyişmək

Km-ə Qədər Wifi Ötürən Cihaz Varmı?

wifi haqqında

Komputerə gələn səbəkəni necə ötürüm?