Ebay.com saytında eyni mal müxtəlif qiymətlərdə ola bilər?

Salam.Ebay.com saytında eyni mal müxtəlif qiymətlərdə ola bilər?Əgər ola bilərsə,bu nədən asılıdır?Malın keyfiyyətindən yoxsa sadəcə olaraq hər satıcı ayrı-ayrı qiymət təklif edə bilər?Birdə ki,tutaq ki, alacağım mal 10 dollardırsa,mən ödəniş olaraq 10 dollar ödəməliyəm,ya əlavə olaraq da hansısa məbləği ödəməliyəm?Qəsəbə poçtlarına alınan mal gəlib çıxır yoxsa ancaq Bakı şəhərində yerləşən mərkəzi poçta qədər gəlir?Poçta əlavə pul verilir yoxsa yox?Online alış-verişi 1 -ci dəfə edəcəyim üçün sual çox oldu))Sualıma cavab verəcək hər kəsə təşəkkü edirəm.

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

Software Developer (2014-12-19 16:20:11)
Sizin ödəməli olduğunuz məbləğ. 1 ədəd üçün 11.50+3.99 = 15.49 funt strelinq. 2-ci və daha çox sayda almaq üçün hər biri üçün 11.50+1.99 = 13.49 funt strelinq. İngiliscə lüğətdən istifadə edin

Anar (2014-12-19 15:34:23)
Məsələn mən bu mali almaq istəyirəm: http://www.ebay.com/itm/300Mbps-Wireless-N-802-11-AP-Wifi-Range-Router-Repeater-Extender-Booster-UK-Plug-/311078132150?pt=UK_Computing_Boosters_Extenders_Antennas&hash=item486db399b6#shpCntId burda Shipping and handling-GBP 3.99,Each additional item-GBP 1.99 qiymətlərini də ödəniş etməliyəm?Malın qiyməti- Price:GBP 11.50.Əgər ödəmə etsəm 17.48 GBP ödəməliyəm?Birdəbu nə deməkdir?- VAT price: 20.0% (included in the listed price)? Məndə maaş kartıdır(VİSA electron), bununla ödəmə etsəm problem olmaz ki?Maaş kartında məbləğ aydın məsələdir ki,manatla olur onda mən məzənnəyə uyğun ödəmə etməliyəm?

Software Developer (2014-12-19 14:59:55)
1.Hər satıcı istədiyi qiyməti təklif edir. Keyfiyyəti isə reytinqdən bilə bilərsiz, satıcıların reytinqi nə qədər çoxdursa bir o qədər yaxşıdır. 2. Malı alarkən orada yazılır, ki göndərilmə pusluzdur yoxsa, filan qədər də verməlisiz əlavə. Ödənişi edərkən isə ekranda cəm məbləğ yazılır. 3. Ən ucqar kəndlərimizə belə gəlir. 4. Bizim poçta da əlavə pul verilir bəli. Əvvəllər yox idi, son illərdə var. 80 qəpikdən başlayır arta arta gedir, ölçüyə uyğun olaraq. (Yalnız məktub ölçüsündə olan göndərişlər pulsuzdur) . Məsələn ortalama telefon qutusu ölçüsünə görə yerli poçta ödəniş 1 manat 40 qəpik olur.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

tracking sayt mal hardadi

Salam Ebayda 550$ Mehsul alsam poçta gələcəkmi?

Ebay-dan siz bəyənin biz gətirək.

ebay’də mal gəlmədiyi üçün “request” açmışam

ebayda ödəniş necə edilir?

Online Playstation 3 sifarişi