Salam, mənə bir şey maraqlıdır. Çin One plus one adlı telefon buraxır, hansıkı öz funksiyasına görə bu dəqiqə irəlidə gedən bir çox brend markaları üsdələyir. Ama biz həmişə telefonu alanda onun əsas brend olmağına fikir veririk daha onun formal xüsusiyyətləri arxa planda qalır. Məsələn bu sadaladığım telefon öz qiymətinə görə Note 3 kimi telefonu demək olar ki, üsdələyir, bundan əlavə qiymətidə hardasa ondan 120-150 manat uzucdur. Sizin üçün telefonu alarkən ilk öncə diqqət yetirəcəyinuiz şey nədir?
(Onuda deyim ki, 2014 ci ilin ən yaxşı 10 telefonu içərisində bu telefon 10 cu yerdə gedir.)
P.S (Ümumiyyətlə One plus one-dan istifadə edən olubmu və razı qalıbmı?)
Verilmiş cavablar və yazılan şərhlər (7 cavab var)
2
Brend markaları üstələyir deyəndə ki One Plus One da brenddir də. Ümumiyyətlə bir malın Çində istehsal olması onun nəsə zəif və ya güclü olması demək deyil axı. Apple iPhone da tam olaraq Çində istehsal olunur. Yəni ki, fərdi yanaşmaq lazımdır markalara, nəinki ölkəsi ilə.
One Plus One işlədən tanışlar var. Razıdırlar istifadəsindən. Yaxşı smartfondur. Ümumiyyətlə son 2 ildə Çin smartfon istehsalçıları sürətlə yüksəlişdədir. İstər Meizu, istər Xiaomi, ZTE, Lenovo, Huawei, Oppo və One Plus. Bu markaların azı 5-i artıq dünya səviyyəsində qəbul olunan brenddir, təkcə Çində yox.
Gələk ən önəmli xüsusiyyətə. Hardware keyfiyyəti və performansı, aparat dizaynı və istifadə rahatlığı sözsüz ki vacibdir. Bundan başqa da software həlli də az vacib olmayan məqamdır.
Özünü çoxdan təsdiq etmiş markalarda birinci dediyim hardware keyfiyyətini artıq bilirik, məsələn Sony, Apple, Samsung, HTC və.s. bilirik ki hardware-si yaxşıdır. Ona görə də elə markadan telefon alanda əsasən parametrlərinə baxırıq. One Plus, Oppo və.s. kimi hələ özünü tam təsdiq etməmişlərdə isə hər modelə fərdi yanaşıb o haqda rəyləri oxumaq laızmdır, ki nəyisə bəlkə zəifdir.
Ən sonda isə sistemin özünə də diqqət etmək lazımdır.
Məsələn: Huawei, Samsung, HTC və bir sıra başqa modellərin sistemi yaxşı deyil, Android üzərində qurduqları örtük həlləri sistemi çox zəiflədir.
Sony, LG kimi modellərdə isə örtük olsa da, yüksək səviyyəlidir.
Motorola, Nexus və bəzi Çin modellərində isə pure Androiddir, yəni ola biləcək ən sürətli sistem.
One Plus One-da isə CyanogenMod əməliyyat sistemidir, Android əsasında qurulan, amma ayrıca ƏS hesab edilən sistem. O da sürət və performans baxımından yaxşıdır, amma tam stabil deyil, bir növ developerlər, macəraçılar üçündür. Düzdür son update-lər ilə One Plus One-dakı versiya xeyli yaxşılaşıb, amma probılemlər yenə də qalır.
Şəxsən mən alanda üstünlük verirəm vacibdən az vacibə: 1. Performans, sürət 2. Aparat hissələrinin yüksək parametrli olmasl 3. Ekranın ölçüsü və görüntüsünün keyfiyyəti. 4. Aparat dizaynının yaxşı olması. 5. Kamerasının orta normal olması.
Brend isə önəmli deyil mənə.
0
Əvvəla geniş izaha görə minnətdaram, mən proqramist deyiləm sadəcə bu sahəylə maraqlanan insanam. Keçəş digər məsələlərə, əvvəla Brend deyəndə demək isdədiyim bizdə bir ifadə var “Biləcəridən kənara çıxmaq” mövqeyindən baxanda One plus one hələ Çin sərhədlərini təzə aşır ancaq Sony, Samsung və ya Apple kimi telefon markalarını artıq Afrikada yaşayan və dünyadan xəbəri olmayan lulimbi tayfasının adamlarının əlində görmək olar 🙂
Mən biləni birdə Apple tam Çində istehsal olunmur, Kaliforniyada dizayn verilib sonra yığılmaq üçün Çinə göndərilir. Nə qədər antipatıyamız olsada düzünü danışsam Apple olan həssaslığı mən o biri telefonlarda hiss etmədim ancaq proqram təminatı və s. şeylər məni qane etmədiyi üçün satdım getdi. Qərarım hələlik üçün Nexus 5 idi ancaq o telefonun dinamiklərini nə ağılla altda yerləşdirdiklərini anlaya bilmədim.
Telefon seçiminə qalanda isə mənim üçün əlbətdə birinci proçessorudu sonra isə çəkilişi və RADİO-nun olmağı 🙂
0
İdeal Android smartfon seçə bilməmək əslində çox güclü smartfonların çoxluğu ilə əlaqədardır.
One Plus One, HTC One m8, Galaxy Note 4, Nexus 6, Moto X2, LG G3, Xperia Z3, Xperia Z3 Compact və.s. saymaqla bitmir artıq. Seçim edərkən zövq məsələsi rol oynamalıdır.
One Plus One yenə deyirəm, əsasən eksperiment, development həvəskarları üçün yaxşıdır.
Nexus 5 əladır, sadəcə artıq istehsalından çox müddət keçib, daha güclü smartfonlar çoxdur.
Bir neçə ay əvvəl Nexus 4-üm zədlənərək sıradan çıxanda oxşar seçim qarşısında qalmışdım mən də. Sonucda seçimim Xperia Z1 compact oldu, 2014 model, müasir və güclü hardware, kiçik ölçü və 2 sutka zaryadka saxlaması (youtube araşdırmaları ilə müqayisə edirdim smartfonları).
İndi də eyni vəziyyət yaransa 50% ehtimalla Moto X 2 seçərəm, 50% ehtimalla Xperia Z3 compact.
0
Sözsüz məndə telefon seçimi edərkən birinci youtubede обзор-lara baxıb sonra fikrimi qətiləşdirirəm. Əslində büdcəyə uyğunlaşdıranda sadaladığınlz telefonlarında mənfi xüsusiyyətləri var. Elə ən sevdiyim telefondan başlayım ki, Nexus 6 telefon ölçüsündə deyil lapatkadı əsl, Moto X2, HTC one m8 və LG G3 üçün isə çəkilişləri elə də yaxşı deyil. Bidənə Sony z3-ə hələ tam vaxt ayırıb baxa bilməmişəm, oda ki cibimə uyğun olmadığı üçün və Sony-nin gündə bir model çıxarıb digər modelin qiymətinin sürətlə enməsi olub. Alacam və 5 aydan sonra 200 manat birdən birə qiyməti enəcək aşağı.
0
Buraxsın da yeni model. Düşsun də qiyməti. Axı bunlar psixoloji şeylərdir, aşmaq lazımdır just. Cari qiymət və keyfiyyət qane edirsə alırsız, beş ay sonra lap havayı olsun və ya beş yenisi cixsin. Tək mənfi supportun dayanması ola bilərdi ki Sonyde bu yoxdur, z4 çıxmağa hazırlaşır amma Z (yani Z0) üçün support hələ də davam edir.
0
Bəs niyə nəzərə almırsız ki, yeni çıxan bütün proqramlar və oyunlarda yeni nəsl telefonlar üçün hazırlanır, Sony Z4 dalıyca Sony 5 və artıq sizin telefon yeni birşeyləri dəstəkləmir və yaxud dəstəkləyir sadəcə normal işləmir. Androidi təzələyə bilərsiz ancaq Ashpalt 8 kimi yeni bir oyun çıxardanda siz artıq onu Z3-in processoruynan oynaya bilməyəcəysiz orda artıq sizdən 3GHZ -lik processor isdəyəcək onda nə edəcəksiz?!
1
Xeyr elə bir şey yoxdur son illərdə. Məsələn 2.5 il əvvəl çıxmış Nexus 4-ün gücü çatmayan oyun yoxdur.
səbəb çox sadədir, istər ekran ppi, istərsə də prosessor gücü highend smartfonlarda real tələbin çox üstündədir.
Oyunu istehsal edən şirkətlər də çalışır ki abartmasın, ki müştərisi çox olsun, ən son model telefonlar heç də bazarda böyük pay sahibi olmur, əsas pay məhz ən sondan əvvəlki modellərdə olur.
Sual verin
Cavab verin