Themeforest’dən dizayn almağ

Mən themeforestdə bir dizayn görmüşəm 48 dollardı qiyməti.Almağ istəyirəm amma plastik kartım yoxdu.Burda elə biri varmı ki mən ona dizaynın pulun verim oda kartıyla sifariş versin dizaynı.Dizaynı özüdə işlədər prablem deyil.Birdə həmin dizaynlar wordpress üçündü.Onu götürüb dleyə inteqrasiya edə biləcəm? əslində html şablonları dleyə uyğunlaşdıra bilirəm ancağ wordpressdən heç başım çıxmadığı üçün orda dizaynın kodlarını, fayllarını tapa bilmirəm.Kim kömək edə bilər bu barədə mənə..

Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)

E. Hacı (2014-12-23 12:08:12)
1. banka yaxınlaşıb kart alın, çox ucuzdur və ya bəzi banklarda pulsiz da olur. hər dəfə biri edəsi deyil ki bu işi, bir dəfə qərar verin, gedin, özünüzə kart alın, birdəfəlik həll olsun. 2. Bir az çətin olacaq o. Çünki təmiz html olmayacaq yəqin ki paketin içində, wp isə qarışıq olur php və html bir yerdə. DLE-yə keçirmək isə artıq əməlli başlı DLE və PHP bilik tələb edəcək.