Nokia Lumia [Məsləhətiniz]

Salam. Aşağıda compare olan link gostermişəm. Lumia 920 və Lumi 1320.. Hansını məsləhət görərdinz? GsmArena

Verilmiş cavablar və yazılan şərhlər (18 cavab var)

xeyal.ibrahimov40 (2014-12-25 23:46:41)
Menim samsung qalaksimde var nokia c3 de var samsungda nokiadan qat qat cox funksiyasi olsada c3u isdedirem o mene xos gelir nokia c3 elebir tank kimi 1 telefondu hem zaryatka hemde dozumluluk samsungdaki tezce zaryatqa olur

E. Hacı (2014-12-25 19:12:22)
Bu tip müzakirəni uzatmaq mənasızdır, mən dediyim informasiyanın dəqiqliyini bilirəm, ona görə yazıram. Nə motorola istifadəçisiyəm nə işçisi. Olanı deyirəm. Real istifadəçi feedbacklari və təhlillər. Batareyanın tutumu ilə yanaşı ondan istifadə edən mənbənin onu nə dərəcədə qənaətlə işlətməsi önəmlidir. Böyük bir çəni bütün gün açıq qoyan adam günün sonunda susuz qalar, 1 vedrə suyu lazımınca normal, israf etmədən isitfadə edənin isə hətta artıq suyu da qala bilər. Belə bir şey.

Breathtaking (2014-12-25 17:23:48)
Bundan ətraflı və geniş izah mən setdə tapa bilməmişdim, özünüzdə baxın batareyası barədə də oxuyun, şəkil çəkməyi barədə də. Telefona əl vurmadan lap 35 saatda işləyər, axı özümüzdə bilirik ki, tez-tez oyun oynayıb sosial setdən istifadə edib və hətda kitabda oxuyuruq orda.

E. Hacı (2014-12-25 17:07:06)
Moto həvəskarı da haradan çıxdı, moto smartfonum heç vaxt olmayıb və hələ ki almağa hazırlaşmıram. Sadəcə reallığı dedim. İstər youtube-da istərsə də ciddi review saytlarında 24 saat deyir, işlədən tanışlar da var onlar da eyni şeyi deyir, ona görə də əksini deyən adamlarda qərəz və ya nəsə yanlışlıq var. http://www.techradar.com/reviews/phones/mobile-phones/moto-x-1263345/review/5

Breathtaking (2014-12-25 16:57:45)
3000 - 3100-ün qarşısında bu göstərici heçnədi youtube-de baxın 1 sutka saxlamır, hələ normal oyun oynamaq və sosial setdən istifadə edəndə 8 saata zaryatka tam bitir halbuki Samsung və Sony-də bu göstərici 13-14 saatdı. Məncə siz sadəcə Moto həvəskarısız, gəlin subyektiv baxaq hərşeyə.

E. Hacı (2014-12-25 16:18:30)
24+ saat batareya saxlayır, ki bu da müasir smartfonların batareya problemi fonunda ortadan daha yaxşı göstəricidir. Əla deyil sözsüz, amma əlalar da bir həftə saxlamır hər halda, maksimum 2 gündür saxlama müddəti. Böyük əksəriyyət isə 1 sutka da tab gətirmir.

Breathtaking (2014-12-25 14:55:17)
Yaxşı bəs o cür telefon üçün 2300-lük batareyaya nə deyəcəksiz?? Maraqlıdı ..

Ebayman (2014-12-25 14:46:36)
1.nokia adli tel birdaha istehsal olunmayacaq 2.dubay saytlarinnan en serfelisi from.ae saytidir

E. Hacı (2014-12-25 13:31:45)
- S4 hardwaresi əladır,amma softunda doğurdan da problemlər var. Play Edition S4 isə hə mükəmməldir, çünki təmiz Androiddə işləyir, touchwiz ilə yox. - Moto X2 kamerası lap qəşəngdir, hamısı dedi qodudur ki pisdir filan. - Z2 qızmır, qızan smartfon defektli ola bilər, bir smartfona görə bütün model haqqda elə danışmaq olmaz. - Samsugun problemi nüvələrində deyil. Dəqiq deyirəm sizə: Galaxy S3 hazırki bütün oyunları, proqramları rahat rahar çalışdırmaq və donmadan aylarla işləmək gücündədir hardware olaraq. S3 ha, 3 il əvvəlki. S4, S5, Note 3-ü heç demirəm, onlar daha güclüdür. Amma göründüyü kimi problemlər hətta S5-də də olur az da olsa. Çünki touchwiz problemlidir. Note 4-də hələ ki heç bir donma ilişmə olmadığını deyirlər, o da ki touchwiz-i çox yenilənmiş və optimallaşdırılmışdır ona görə. Maraq üçün deyim ki, bir neçə ay əvvəl internetdə smartfon comparison videosunda 100 aznlik Moto E Galaxy S5-i üstələmişdi. Çünki Moto E pure Android ilə işləyir, S5 isə Touchwiz versiya ilə.

Baxisli Ilham (2014-12-25 12:52:59)
Myphone.ae azerbaycaba dubaydan ucuz telefonlar getirilir. Baxa bilersiz. Mence android sistemli telefonlardan iPhone modeline en yaxini HTC di. Ondan elave Nexus, Xiaomi, Lg g2 ( en cox satilan mi3 modeli) bunlar meslehetlidi

Breathtaking (2014-12-25 09:06:01)
Birinci adamsız ki, deyirsiz S4 zəif telefondur, mən tanıdığlarımdan o telefonu işlədən insanların hamısı razı qalıb. Əslində bu dəyqə özümdə telefon almaq ərəfəsindəyəm və youtubede gündə demək olar neçə videoya baxıram ki seçim edim ama Elvin bəyin dediyi kimi güclü telefonlar bu dəqiqə o qədər çoxdur ki seçim etmək olmur. Sony Z2 almaq istədim dostum işlədir dedi telefon tez qızır, Motorola x2 almaq istədim kamerası bərbad gündə, LG G3 almaq istədim dizayn xoşuma gəlmədi və hətta düşündüm ki, bu model telefon bazarına hələ indilərdə güclü telefon buraxır məncə yaxşı seçim olmaz, hələdə axtarışdayam. Büdcəyə uyğun yetərincə yaxşı bir telefon almaq. Samsung Note 3 fikirləşirəm halhazırda, düşünürəm ki, 6 nüvəli bir telefonda nə donma ola bilər axi?! Çəkiliş və digər şeylərdə kifayət qədər yaxşıdır.

E. Hacı (2014-12-25 07:39:41)
Samsung Android ilə çalışmır, android smartfon alın işlədin baxın. Yuxarıdakı cavabda yazmışam fərqləri. Samsung touchwiz ilə işləyir, o isə sadəcə launcher deyil, demək olar ki ayrıca əməliyyat sistemidir. Ona görə də tutalım Amerikanın Meksika ilə sərhəd kəndine gedib bütün Amerika, New York filan haqqında danışmaq aydın məsələdir ki, doğru deyil. Android haqqında isə əvvəlki rəydə yazdım. Açıq sistemdir deyə narahatdır demək də yanlışdır, min cür versiyası var, çox rahat olanı da var, ən rahat olanı da var, narahat olanı da var. Seçimi düzgün etmək laizmdir

Ruslan Butdayev (2014-12-24 23:29:09)
Hech de stereotip deyil :). Senin tekidinle galaxy s4 aldim. Apparat cehetden hec de zeif deyil ancaq urek acan ishlemir. Donmalari da var gecikmeleri de.. Arada bezdirmeleri de.))Sadece ekran olaraq gucludu funksional oalraq cox yorucudu. Ketfiyyet dereceden 0. Kici zedeyebele cox guclui zerbeler alir. tesevvur ele ki telefon 1 defe elden dushdu gozden dushesi formaya dushur. qiymet cehetden ise danishmaq istemir. Androide geldikde ise emeliyyat sistemi olaraq rahat deyil. Dogrudur her shey var. Ancaq ya apparat ozunu dogrultmadi ya da emeliyyat sistemi..

E. Hacı (2014-12-24 15:00:36)
Android praktik deyil fikri sadə stereotipdir. İlkin antipatiya formalaşıb, indi onu müdafiə etməyə məcbur edir səni. Elə olmadığını bilə bilə elə deməyə məcbur olmaq :) məncə real fayda götürmək üçün stereotipləri kənara qoyub real düşünmək lazımdır. Windows phone heç bir praktik isə yaramayacaq. İos da qismən yarayir bu məlum. Android isə bu barədə 99% qane edə bilər. Çünki bir vendor bir sistem buraxmır. Yüzlərlə seçim var custom ui və app solution ilə. Məsələn one plus one Hara, galaxy note 4 Hara, Xperia z3 hara, Nexus 6 hara. Hər biri sanki ayrı sistemdə işləyir. Ayrı funksionala malikdir. Ekran, ofis həllər, mail, ən sürətli browsing hər birində var. Və developer edition filan da deyillər. Tam stable, no tech user üçün yarayan həllərdir

Ruslan Butdayev (2014-12-24 14:52:02)
teshekkurler... android ise meni qane etmir. :) genish sistem olsada praktik saymiram daha cox eylence yonumlu kimi qebul edirem;) ios 80% qane edir hal hazirda. windows phone ish uchun dahsa uygun olar deye secmek isteyirdim. musiqi ses super cekilis maraginda deyilem:).. esas mail, genis ekran ve suretli browsing.

Breathtaking (2014-12-24 13:10:34)
Belə deyimdə Nokia mənə görə yaxşı olardı əgər Android sistemində işləsəydi ancaq MW-la Nokia hal-hazırda dünya telefon bazarında prioritet deyil, Top 10 List of Best Phone demirəm heç 15-də Nokianın hər hansı bir markasına rast gəlmək olmur. Nokia cavan savadlı və ağıllı insanların içərisinə düşmüş köhnə fikirli qoca kişilərə bənzəyir. Ümumilikdə dizayn, çəkiliş, musiqi effekti və s. şeylər məni qətiyyən qane etmir.

Ruslan Butdayev (2014-12-24 12:50:55)
Niyı Nokia yox? maraqlıdır..

Breathtaking (2014-12-24 11:39:32)
Əgər məhz bunlardısa seçiminiz Lumia 1320 yaxşıdır, həm buraxılışına görə köhnə telefon deyil, həm proçessoruna görə ürəkaçandı ancaq 920-də öz yaddaşı yaxşıdı onudaki 1320-yə yaddaş cartı qoymaqla üsdələmək olar, birdə 8 mp aldanmayın elə 920-nin 8 mp-i 1320-nin 5 mp-i kimi çəkir. Hələ mən batareykalarını, musiqi oxunma müddətini və s. şeyləri müqayisə etmədim, məlum məsələdiki 1320 güclüdür. Ancaq Nokia almağı qətiyyən məsləhət görməzdim.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Telefon almaq üçün məsləhətli mağaza

Telefon seçimi-Nokia

nokia lumia 520 haqda məlumat lazımdır

Memory Card`ım işləmir, nə etməliyəm?

Telefonda internet ayarlarında kömək

Nokia lumia 920 yoxsa Galaxy S3 ? Səbəb ilə.